Əsas Səhifə > Manşet / Sosial > "Hər yağışdan sonra Bakı Dakkaya dönür..."

"Hər yağışdan sonra Bakı Dakkaya dönür..."


Bu gün, 10:48

"Səlahiyyət çox, məsuliyyət yox..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu açıqlamasında tanınmış jurnalist Aygün Muradxanlı qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Azərbaycanda təmir-tikinti deyəndə məsul qurumların gözünə işıq gəlir. Çox maraqlıdır, bəs niyə paytaxtın kanalizasiya sistemi yenilənmir, hər yağışdan sonra Bakı Dakkaya dönür? Ağlıma ancaq bir şey gəlir - hər güclü yağışdan sonra şəhər təsərrüfatındakı problemləri çözmək, yəni saysız təmir işləri yeni kanalizasiya sistemi tikib paytaxtı bu biabırçılıqdan qurtarmaqdan daha gəlirlidir. Yoxsa, 25 ildir haqqında danışılan yeni kanalizasiya sistemi niyə tikilməsin?
Şəhər suyun içində, körpülər göl olub, Bakı kəndlərində əhali qayıq axtarır həyətindən çıxa, məhəllələrin quruması qaldı iyul günəşinin ümidinə, kanalizasiya suları daşıb üfunət aləmi götürüb, işıqforlar işləmir, elektrik sistemləri çöküb, nəqliyyat iflic… Saymaqla bitmir… Bir azdan şəhərin ən hündür yerlərində komforun dibinə enərək mutlu-məsud yaşayan məmurlar 5-10 minlik kostyumda, 200-300 minlik avtomobillərdə mebelinə 100-150 min verdikləri kabinetlərə gedərək paytaxtın dərdinə çarə axtaracaq. Bura Bakıdır. Səlahiyyəti çox, məsuliyyəti yox məmurlar ölkəsinin paytaxtı..."

Geri qayıt