Əsas Səhifə > Manşet / Gündəm > Budaqovun ərazisində YAŞIL SOYQIRIMI...

Budaqovun ərazisində YAŞIL SOYQIRIMI...


Bu gün, 03:31

"Bakının Nəsimi rayonu ərazisində Koala Park kimi tanıdığımız məkanda - Ənvər Qasımzadə küçəsi, 15 ünvanında ağaclar kəsilərək yerində tikinti işləri aparılır. Sifarişçi “İnam-V” MMC, podratçı isə “Bolluq” şirkətidir. Məlumat lövhəsində obyektin inşasına 01.12. 2025-ci ildə başlanması və 01.12.2026-cl ildə yekunlaşacağına dair qeyd var..." "DİA-AZ" xəbər verir ki bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.
O daha sonra fikrini belə davam etdirir: "Nəsimi rayonu paytaxtın mərkəzi rayonlarından biridir. Kənarda yerləşən rayon rəhbərlərini tənbeh edən, töhmət verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizov bunu görmür?
WUF13 ərəfəsində Bakının mərkəzi guşələrindən birini bu vəziyyətə salmaq nə deməkdir?
Evlər söküntüyə gedən zaman yerlərində parklar salınır, burda isə tərsinədir parkın icərisində tikinti gedir.
Nə olsun ki, tikinti üçün dövlət ekspertizası rəy verib. Axı rayon və paytaxt icra strukturları şəhərə, insanların rifahına cavabdehdirlər.
Deməli, bu adamların fikri-zikri ciblərini doldurmaqdır. Səkiləri daraldıb ticarət obyektləri tikib pul yığmaqları bəs etmir, xalqın istirahət hüququna da qəsd edirlər.
Maraqlıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yaşıllaşdırma İdarəsinin əməkdaşları ən ucqar yerdə bir budaq kəsiləndə qəfil peyda olub cərimə yazır, inzibati akt tərtib edirlər.
Amma şəhərin düz ortasında ağacların kəsilməsini, sakinlərin əyləşib dincəlmələri üçün nəzərdə tutulmuş guşələrdə obyekt tikintisini “görmürlər”. Görəsən onların gözlərini tutan hansı qüvvədir?
Nəsimi icra başçısı Tahir Budaqov 2009-cu ildən icra hakimiyyəti başçısı vəzifələrində işləyir. Əvvəl müxtəlif rəhbər vəzifələrdə çalışıb. İdarəçilikdə yeni, naşı adam deyil. Səhv etməyə ixtiyarı yoxdur.
İnanmıram ki, ondan xəbərsiz rayon ərazisində nəsə tikməyə başlanılsın. Həm də Nəsimi rayonunun icra başçısı ixtisasca həkimdir.
Tibb işçisi kimi əhalinin sağlam ətraf mühitdə yaşamaq haqqını hamıdan çox o anlamalı, qorumalıdır. Amma elə rəhbəri olduğu ərazidə bu haqq tapdanır..."
Video 1: Baxmaq üçün tıklayın...
Video 2: Baxmaq üçün tıklayın...
Video 3: Baxmaq üçün tıklayın...
Video 4: Baxmaq üçün tıklayın...
Video 5: Baxmaq üçün tıklayın...

Geri qayıt