Əsas Səhifə > Manşet / Gündəm > Niyaz Əskərovla bağlı ittihamlar niyə ÖRT-BASDIR OLUNUR?
Niyaz Əskərovla bağlı ittihamlar niyə ÖRT-BASDIR OLUNUR?22-03-2026, 10:42 |
|
Xatırladaq ki, buna qədər də öz müraciətlərində Azər Mikayılov Dövlət Neft Şirkətinin Abşeron Neft-qaz Çıxarma İdarəsinin quyuların əsaslı yeraltı təmiri sexində işlədiyi müddətdə sex rəisi Əskərov Niyazın şirkətə məxsus və şirkətin işçiləri üçün nəzərdə tutduğu məişət texnikalarını oğurlayaraq mənimsəməsinə şahidlik etdiyini bildirib, eyni zamanda bu məsələ ilə bağlı ölçü götürülməsini tələb edib. Amma bəlli olanı budur ki, ortada real nəticə yoxdur. Məhz buna işarə edən SOCAR işçisi öz müraciətində növbəti dəfə bildirir: "Amma di gəl ki bir fəhlənin əlində 1 litr "salyarka" və yaxud da bir kilo mis görən kimi anında aktlaşdırıb işdən qovurlar... Etdiyim müraciətlə bağlı bir neçə gün əvvəl məni şirkətə çağırıb yenə maddi sübutları aldılar. Yenə də 30 iş günü ərzində tədbir görüləcək, deyib yola saldılar... Nə edək... gözləyərik 30 gündə..." Məsələ diqqətimizdədir... Geri qayıt |