Əsas Səhifə > Manşet / Siyasət > Haqqı tapdanan işçi SOCAR və AzəriQaz rəhbərliyinə belə təşəkkür etdi...

Haqqı tapdanan işçi SOCAR və AzəriQaz rəhbərliyinə belə təşəkkür etdi...


20-03-2026, 07:15
"Dəyərli rəhbərlik, Bayram pulu verməmək artıq sizin korporativ ənənənizə çevrilib və doğrusu, bu sabitlik insana güvən verir. Adam bilir ki, hər il eyni sürprizlə qarşılaşacaq..." "DİA-AZ" xəbər verir ki, bu sözlər neçə müddətdir ki, pozulan hüquqları ilə bağlı davamlı olaraq müraciətlər ünvanlayan SOCAR Azəriqaz İstehsalat Birliyinin işçisi Daşqın Abbasovun sosial şəbəkə hesabındakı paylaşımında yer alıb.
O daha sonra bildirir: "Amma bu il xüsusilə incə yanaşma göstərdiniz. Bayram qabağı maaşdan avans da vermədiniz ki, biz qara fəhlələr təsadüfən evimizdə bayram edə bilməyək. Çox düşünülmüş addımdır – insanı maddiyyatdan uzaqlaşdırıb, birbaşa mənəviyyata yönəldir.
Təbrikləriniz isə həmişəki kimi zəngin və səxavətlidir. Oxuduqca adamın ürəyi dolur. Kart isə boş qalır, amma görünür balans məsələsində də bir harmoniya qorunur.
Ümumiyyətlə, siz bu il bayramı başqa səviyyəyə qaldırdınız. Süfrə yox, düşüncə; pul yox, fəlsəfə.
Biz də çalışırıq uyğunlaşaq.
Bayramınız mübarək..."


Geri qayıt