Əsas Səhifə > Manşet / Güney Press > Naxçıvan şəhərində ən YÜKSƏK TƏHLÜKƏSİZLİK TƏDBİRİ: Kənar şəxslər buraxılmır...
Naxçıvan şəhərində ən YÜKSƏK TƏHLÜKƏSİZLİK TƏDBİRİ: Kənar şəxslər buraxılmır...5-03-2026, 17:01 |
|
İranın dron hücumlarından sonra Naxçıvan şəhərinə giriş və çıxışın məhdudlaşdırıldığı bildirilir. Bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər. Qərarın təhlükəsizlik məqsədi ilə tətbiq edildiyi qeyd olunur.
Şərur rayon sakini Yasin Səmədov bildirir ki, avtomobillər Naxçıvan şəhərinin girişində saxlanılır:
“Şəhərdə vacib işim var idi. Naxçıvan şəhərinin yaxınlığında polislər avtomobilləri saxlayıb, irəli buraxmırdılar. Hamıya geri qayıtmağı tövsiyə edirdilər. Məcbur qalıb biz də geri qayıtdıq. Polislər dedilər ki, bu təhlükəsizlik tədbiridir.”
Culfa, Şahbuz və Babək istiqamətlərindən Naxçıvan şəhərinə gələn yolların da bağlandığı bildirilir.
Geri qayıt |