Əsas Səhifə > Manşet / Güney Press / Araşdırma > Siyəzəndə şəkərli diabet xəstəsinin həyatı təhlükədə

Siyəzəndə şəkərli diabet xəstəsinin həyatı təhlükədə


Dünən, 14:31

Siyəzən rayonunda yaşayan, III qrup əlil və hər iki ayağı amputasiya olunmuş şəkərli diabet xəstəsi Məcidov Mayis dərman təminatı problemi ilə üzləşib.

Yenicag.az-a şikayət ünvanlayan Məcidov Mayis bildirib ki, 2025-ci ilin sonuna qədər hər ay 5 qələm insulin alaraq birtəhər həyatda qalırdım. Lakin bu ildən vəziyyətim daha da ağırlaşdı. Müalicə həkimim dozanın artırılması barədə rəsmi və yazılı göstəriş versə də, Siyəzən rayon poliklinikası bu qərara tam zidd addım atıb. Nəinki doza artırılmayıb, əksinə, hər ay mənə verilən 5 qələm insulin də kəsilərək 4-ə endirilib.

Sual olunur: Hər iki ayağını bu xəstəlik səbəbindən itirmiş bir insanın həyatı TƏBİB-in “limit” oyunlarına qurban verilir?

TƏBİB-in məsuliyyəti altında olan dərman təminatı sistemindəki bu uyğunsuzluq, xüsusilə insulin kimi həyati əhəmiyyətli preparatlarda dozanın xəstələrin ehtiyacına uyğun tənzimlənməməsi ciddi narahatlıq doğurur. Diabet xəstələrinin həyatını birbaşa təhlükəyə atan bu vəziyyət, sistemin idarəetməsində ciddi boşluqlar olduğunu göstərir və TƏBİB-in dərman təminatı siyasətində xəstələrin real ehtiyaclarını prioritetləşdirməsi zərurətini ortaya qoyur.


Geri qayıt