Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Neftçala icra haklimiyyəti bu görüntüləri "görülmüş işlər" kimi təqdim edir
Neftçala icra haklimiyyəti bu görüntüləri "görülmüş işlər" kimi təqdim edirBu gün, 15:20 |
|
Neftçala Rayon İcra Hakimiyyətinin rəsmi portalında Neftçala bələdiyyəsinin fəaliyyəti ilə bağlı məlumat və görüntülər ciddi narazılıq yaradıb... "DİA-AZ" bizimesr.az pofrtalına istinadən xəbər verir ki, məlumatda qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada regionların sosial-iqtisadi inkişafı, yol infrastrukturunun yenilənməsi və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində aparılan siyasət yerli özünüidarəetmə orqanlarının fəaliyyətində əsas istiqamət kimi götürülür. Qeyd olunur ki, Neftçala bələdiyyəsi də bu siyasətə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində müvafiq işlər həyata keçirir. Rəsmi açıqlamada bildirilir ki, rayonun mərkəzi qəbiristanlığında dəfnlərin rahat keçirilməsi və nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədilə 400 metrlik hissədə hamarlanma işləri aparılıb, hərəkət üçün əlverişli şərait yaradılıb.
Yerli sakinlər hesab edirlər ki, təqdim olunan məlumatla faktiki vəziyyət arasında ciddi ziddiyyət var və bu cür işlərin “infrastrukturun yaxşılaşdırılması” kimi təqdim edilməsi doğru deyil. Geri qayıt |