Əsas Səhifə > Manşet / Sosial > Nazirlik bu vahiməli mənzərəyə NƏDƏN BİGANƏDİR?

Nazirlik bu vahiməli mənzərəyə NƏDƏN BİGANƏDİR?


Dünən, 04:03

Artıq neçə müddətdir ki, Xəzər dənizi sahilində yerləşən ərazilərdə vəhşi quşların və suitilərin cəsədlərinə tez-tez rast gəlinir. Bu isə haqlı olaraq ictimai etirazlarla müşahidə olunmaqdadır. "DİA-AZ" xəbər verir ki, bunca etirazlar fonunda əlaqədar qurum və şəxslərdən - xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən səs-səmir çıxmır. Eləcə "araşdırma aparılır" deməklə işlərini bitmiş hesab edirlər.

Amma durum olduqca vahiməlidir. Bu dəfə də sözügedən acınacaqlı mənzərə ilə tanınmış QHT təmsilçisi Zahir Əhmədov rastlaşıb. O, bu barədə təqdim etdiyi fotoları belə şərh edib:

"İllərdir ki, Novxanı və Göradil çimərliklərinə gedib bəzən tək, bəzən də itlərimlə gəzirəm. Xüsusilə son 6-7 ildə suitilərin cəsədlərinə rast gəlirəm. Bu gün isə gördüklərim məni daha da narahat elədi: sahil boyu hər addımda hər cür quş cəsədi görmək olur. Bu ərazilərə gəldiyim son 30 ildə bu qədər quşun öldüyünü görməmişdim. Görəsən, quşlar və suitilər niyə ölür? Bu il bu qədər quş ölümü nə ilə bağlıdır?"

Hər halda bu suallara hörmətli ETSN rəsmiləri cavab verməlidir...

HAYDI...



Geri qayıt