Əsas Səhifə > Manşet / Gündəm > DOST-dan müharibə veteranlarına ŞOK ZƏRBƏ
DOST-dan müharibə veteranlarına ŞOK ZƏRBƏDünən, 02:16 |
|
"DİA-AZ"ın əldə etdiyi məlumata görə, bildirişlərdə Əmək Məcəlləsinin 73-cü maddəsinə istinad edilərək müddətli əmək müqavilələrinin bitməsi səbəbilə əmək münasibətlərinə xitam veriləcəyi qeyd olunub. Bu hal isə cəmiyyətdə, xüsusilə də müharibədə könüllü iştirak etmiş, çoxuşaqlı ailə başçısı olan veteranlar arasında ciddi narahatlıq yaradıb.
Qeyd etmək lazımdır ki, sözügedən veteranların bir qismi himayəsində 3 və ya 4 azyaşlı övladı olan, eyni zamanda 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak etmiş şəxslərdir. Onlar ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmələrinə baxmayaraq, hazırda işsiz qalmaq riski ilə üz-üzədirlər.
Müharibə veteranları "DİA-AZ"a bildirirlər ki, dövlətin onlara göstərdiyi diqqət və qayğıya güvənirlər və əmək münasibətlərinin davam etdirilməsi, yaxud alternativ işlə təmin olunmaları üçün aidiyyəti qurumların məsələyə həssas yanaşmasını gözləyirlər.
Veteranlar və çoxuşaqlı ailə başçıları sosial baxımdan həssas qrup hesab olunur və bu kateqoriyadan olan şəxslərlə bağlı qərarlar qəbul edilərkən sosial ədalət prinsipi və dövlətin sosial siyasəti əsas götürülməlidir.
"DİA-AZ"ın əldə etdiyi məlumata görə, hazırda bir qrup müharibə veteranının məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciətlər hazırladığı bildirilir.
Veteranlar ümid edirlər ki, aidiyyəti dövlət qurumları bu məsələni diqqətdə saxlayacaq və onların işlə təminatı və sosial müdafiəsi istiqamətində müvafiq addımlar atılacaq.
Mənbə: elcinnews.blogspot.com
Geri qayıt |