Əsas Səhifə > Manşet / Hadisə > SOCAR və tərəfdaşları ölkə qanunvericiliyini pozmaqda davam edir...
SOCAR və tərəfdaşları ölkə qanunvericiliyini pozmaqda davam edir...22-02-2026, 14:02 |
|
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 15-ci maddəsində açıq-aydın deyilir ki, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan Dövlət Əmək Müfəttişliyi Xidmətidir. Amma..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
O daha sonra bildirir: "SOCAR və tərəfdaşları ölkə qanunvericiliyini pozmaqda davam edir və bunun nəticəsində hər il çoxlu sayda insan öz iş yerini itirir .
Vəzifə səlahiyyətindən sui istifadə edən işəgötürənlər! ARƏM maddə 47-nin hansı bəndlərini əsas götürərək daimi xarakterə malik olan işə qəbul etdiyiniz işçi ilə müvəqqəti müqavilə bağlamısınız(bağlayırsınız)?
Belə ki
SOCAR dövlət şirkətidir və iş daimi xarakterə malikdir. Lakin işçilərin əksəri ilə bağladığınız Əmək Müqaviləsi müvəqqəti xarakterlidir. Müvəqqəti müqavilə bağlanılmış işçilər də daimi xarakterə malik olan işə qəbul olunanlardır. Müvəqqəti müqaviləyə işçi etirazı isə qəbul olunmur.Birmənalı!!!
Qanunu pozan sahə üzrə SOCAR rəsmiləri:
✅ ARƏM maddə 45.4-də yazılıb ki Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır).
ARƏM maddə 47-də isə yazılıb ki:
✅Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar
Aşağıdakı hallarda əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol verilir:[
a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa şəxs tərəfindən icrasının zəruriyyəti olduqda;
b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;
c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda
ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;[122]
d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;[123]
e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;
ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;
f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
ğ) təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda
h) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda;
x) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
Sual;
ARƏM 47-ci maddənin hansı bəndlərini əsas götürərək işçi ilə müvəqqəti müqavilə bağlamısınız və bu siyasəti davam etdirirsiniz?
Sonda
Dövlət Əmək Müfəttişliyi Xidməti niyə ölkənin Əmək Məcəlləsini pozan vəzifəli şəxslər cəzalanmır ?
Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət
Maddə 311. Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti
Maddə 312. Əmək qanunvericiliyini pozmağa görə inzibati məsuliyyət
Maddə 313. Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyəti..."
Geri qayıt |