Əsas Səhifə > Manşet / Sosial > "Cəzasızlar, ölkə qanunvericiliyinə hörmətlə yanaşın!"

"Cəzasızlar, ölkə qanunvericiliyinə hörmətlə yanaşın!"


21-02-2026, 13:16

"Azəriqaz İB TTİ-nin dekabr,yanvar aylarında ezamiyyə və məzuniyyətə göndərilib, ancaq hələ də pulunu ala bilməyən işçilər, aşağıdakı qanunlara istinad edib, məhkəməyə vasitəsillə haqqınızı tələb edin!" "DİA-AZ" xəbər verir ki, bu çağırışda bulunan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı daha sonra bunları qeyd edir:
"Cəzasızlar ,ölkə qanunvericiliyinə hörmətlə yanaşın!
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin192-ci maddəsinə əsasən, işçinin: ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə qaydada ödənilməsində tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər 700 manatdan - 1500 manatadək məbləğdə cərimə edilir.
Azərbaycan Respublikası Əmək Məc-nin 310-cu maddəsinə əsasən: İstər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlarıpozmağa, məhdudlaşdırmağa görə maddi, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar..."

Geri qayıt