Əsas Səhifə > Manşet / Hadisə > "Baş həkim deyir, bizdə həkim azdır, başqa xəstəxanaya get..."
"Baş həkim deyir, bizdə həkim azdır, başqa xəstəxanaya get..."19-02-2026, 09:41 |
|
Pasiyentlər Abşeron rayon Mərkəzi Xəstəxanasındakı növbə problemi, həkim çatışmazlığı, “sabah gələrsiz” süründürməçiliyindən narazıdır. Tribuna.az-a bu barədə yazan, növbə problemindən əziyyət çəkən pasiyentlər bildirib ki, nə vaxt gəlsələr xəstəxanada izdihamdır, növbəyə yazılmaq, həkim tapmaq mümkün deyil. “Rəsmi olaraq xəstəxanada 8 ştatlı lor həkimi olmalıdır, ancaq cəmi iki həkim var. Biri əməliyyatdadır, digəri də xəstədir, gəlməyib. Belə deyib geri göndərirlər. Səhər gələndə isə qəbula düşmək mümkün olmur. Müraciət edən çox, həkim isə az. Şikayətçilər bildirib ki, ölkədə səhiyyə ilə bağlı bir neçə dövlət qurumu var. Ancaq heç biri indiyə qədər normal sistem, şərait qura bilməyib. Qeyd edək ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova və baş həkimi isə Fərrux Sədirovdur. S.Sadıxova TƏBİB-in vəzifəsindən yeni azad edilən keçmiş rəhbər Vüqar Qurbanova ən yaxın kadrlardan sayılır. S.Sadıxovanı neçə ildir V.Qurbanovun himayə etdiyi bildirilir. Yeri gəlmişkən onu da əlavə edək ki, məsələ ilə bağlı xəstəxana ilə danışmaq istəsək də, telefon zənglərimizə cavab verən olmadı. Geri qayıt |