Əsas Səhifə > Manşet / Sosial > 'Azəriqaz' işçisi HAQQINI TƏLƏB EDİR...
'Azəriqaz' işçisi HAQQINI TƏLƏB EDİR...18-02-2026, 07:03 |
|
"Mən, Abbasov Daşqın Vüqar oğlu, 2-ci Qarabağ müharibəsi veteranıyam. "Azəriqaz" İB Ağsu RQİİ-nin Kürdəmir XS-də sayğac əməliyyatları xidmətində 11-ci dərəcəli böyük mühəndis vəzifəsində çalışıram". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında sözügedən qurumun işçisi, Qarabağ qazisi Daşqın Vüqar oğlu Abbasov yazıb. Onun sözlərinə görə, 2 fevral tarixindən etibarən qanuni əsaslarla əmək məzuniyyətinə çıxıb: "Lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin açıq və birmənalı tələbinə baxmayaraq, məzuniyyət ödənişim bu günə qədər hesabıma köçürülməyib. Əmək Məcəlləsinin 140-cı maddəsi açıq şəkildə göstərir ki, məzuniyyətə görə orta əmək haqqı məzuniyyət başlamazdan ən gec 3 gün əvvəl ödənilməlidir. Bu tələb pozulub.
Qanun kağız üzərində qalmaq üçün yazılmayıb. Qanun hamı üçün keçərlidir. Bir müharibə veteranının qanuni haqqının bu şəkildə gecikdirilməsi qəbuledilməzdir. Hüquqlarımın kobud şəkildə pozulmasına son qoyulmasını, məzuniyyət ödənişimin dərhal köçürülməsini və gecikdirilmiş günlərə görə kompensasiyanın hesablanmasını tələb edirəm. Əks halda məsələni aidiyyəti dövlət qurumları qarşısında rəsmi qaydada qaldıracağımı və hüquqi müstəvidə davam etdirəcəyimi bildirirəm". Geri qayıt |