Əsas Səhifə > Manşet / Siyasət > "5 gündür eyni yalanı deyirlər..."

"5 gündür eyni yalanı deyirlər..."


12-02-2026, 07:32

 "Dekabr ayının 10 -dan bu günədək demək olarki hər gün eyni yalanı deyirlər hesablanır, hesablanır, hesablanır…" "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Sahil Mehdizadə adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "1 həftə öncə mərkəzi banka şikayət etmişəm. İndi isə yeni yalan tapıblar: bu gün deyəcəyik, gəlin götürün... 5 gündür eyni yalanı deyirlər.
Mərkəzi bank isə "məlumatımız var, bu gün veriləcək məbləğ..." deyir... Artıq Mərkəzi bank da bu Bank Respublika ilə bacarmır. Amma kredit gecikən kimi o dəqiqə hesablayıb faiz yükləyə bilirlər? Kredit verən zaman hesablaya bilirlər?
Başqa hara şikayət etmək olar? Mən artıq məhkəməyə vermək istəyirəm. 2 aydır o pula görə bütün işlərim alt-üst olub. Maddi və mənəvi ziyan almışam. Əməliyyata girəcək olan adamın əməliyyatı ləngiyib bu pula görə... bütün həkim sənədlərim də var..."

Geri qayıt