Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > "Elə gözəl yola verdi ki..."
"Elə gözəl yola verdi ki..."Dünən, 17:03 |
|
"Deməli bir qohumumun Suraxanıda bələdiyyə sənədi ilə torpaq sahəsi var. İllərdir ona məxsusdur. Orada nəsə tikməyə çalışanda icradan adamlar gəlib sökür. Bu indiki icra başçısı Adil Aliyevin də vaxtında baş verir. Tikməyə icazə verilmir. Bu məsələ ilə bağlı (bir il əvvəl) Adil Əliyevə məlumat verdim, dedi "sabah gəlsin qəbula"..." "DİA-AZ" xəbər verir ki, bu barədə jurnalist Aygün İlqar özünün sosial şəbəkə hesabında yazıb.
Jurnalist daha sonra bildirir: "Getdi. Düzdür Adil müəllim tədbir görülməsini göstəriş verdi. İcra orqanından gedib yoxladılar, məlum oldu ki həqiqətən də o qadının həmin ərazidə tikinti aparmaq ixtiyarı var. Dedilər biz sizə xəbər edəcəyik, tikərsiniz nə istəsəniz.
Üstündən bir neçə ay keçdi amma heç bir cavab gəlmədi. Yenidən Adil müəllimə yazdım ki, məsələ hələ də həll olunmayıb. Dedi mən məzuniyyətdəyəm köməkçim olacaq ora getsin, qəbul edəcək.
O (adını xatırlamıram) da qadını elə gözəl yola verdi ki... 1 ildir məsələ həll olunmamış qalıb.
İndi hər dəfə Adil Əliyevə yazıram, heç bir cavab ala bilmirəm.
Baş düşmədim bələdiyyə sənədi ilə özümüzə məxsus olan torpaqda da iş görə bilməyəcəyiksə, icralar camaatı yola verəcəksə havada yaşayaq?
Bu nə deməkdir?
Tək qadındır, həyat Yoldaşı rəhmətə gedib, himayəsində bir övladı var. Bu qadın hara baş vursun?"
Geri qayıt |