Əsas Səhifə > Manşet / Siyasət > KONTAKT HOME müştərinin başına oyun açır...

KONTAKT HOME müştərinin başına oyun açır...


7-02-2026, 10:24

"5 gün öncə online sifarişlə "Kontakt Home"dan məhsul sifariş verib kredit rəsmiləşdirmişəm. Rayona çatdırılma olacağı üçün 7 gün ərzində çatdırılma olacaq, dedilər, razılaşıb ilkin ödənişi də məhsul çatdırılan zaman ödəyin, dedilər, bura gədər hər şey normaldır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elvin adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Amma 3 gün öncə bu paylaşdığım sms aldım. Bu gün isə məni yığıb krediti gecikdirdiyimi bildirdilər. Məhsul mənə çatmayıb, amma ilkin ödəniş ödəməliyəm?
Adıma səbəbsiz yerə gecikmə düşməlidi? Bu necə qeyri peşəkarlıqdır?
İki dəfədi operatordan soruşuram ki, adıma gecikmə düşəcəkmi? Tutarlı bir cavab vermirlər! Həqiqətən çox gülünc vəziyətdir! Əgər belə olacaqdısa, kredit mütəxəsisi deyərdi və mən də ödəyərdim ödənişi, 3-5 manat pula görə kredit tarixçəm niyə korlanmalıdır? Üstəlik də sizin səhlənkarlığınıza görə!"

Geri qayıt