Əsas Səhifə > Manşet / Siyasət > “Baku Elektroniks” müştərilərə QƏNİM KƏSİLİB

“Baku Elektroniks” müştərilərə QƏNİM KƏSİLİB


6-02-2026, 07:16

Son dövrlərdə “Baku Elektroniks”dən məhsul alan müştərilər ciddi narazılıqlarını bildirirlər. İstifadəçilər satın aldıqları məhsulların zay çıxdığını, satış sonrası xidmətin isə yetərsiz olduğunu qeyd edirlər.

Bizimesr.az bildirir ki, xüsusilə kombi və digər məişət texnikası alan müştərilər uzun müddət məhsullarının təmir olunmadığını və ya problemlərin həll edilmədiyini vurğulayırlar.

Müştəri bildirir ki, 8 ay əvvəl aldığı kombi hələ də normal işləməyib: “Gələn gündən nə düz-əməlli isti su verib, nə də qış boyu evimizi isidə bilib. Hər həftə servisdən usta gəlir, problemi qəbul edir, bir detalı çıxarıb baxır və gedir, amma nəticə dəyişmir. Sanki məhsul təmir olunmur, yavaş-yavaş sökülür”.

Müştərilər həmçinin servis xidmətinin zənglərə cavab vermədiyini, gələn zamanlarda isə problemi qalıcı həll etmədiklərini qeyd edirlər. Satış zamanı “qızıl zəmanət” deyə təqdim olunan məhsulların istifadədə yalnız vaxt, enerji və əsəb itkisiylə nəticələndiyi bildirilir.

Məsələ ilə bağlı “Baku Elektroniks” qurumun mətbuat xidmətinə müraciət edilsə də, istifadəçilər cavab ala bilmədiklərini bildirirlər. Aparıcının şikayətinə cavab olaraq şirkət yalnız problemin araşdırılacağını bildirib.

Digər alıcılar da eyni narazılıqları bölüşərək, satış sonrası xidmət və məhsul keyfiyyəti ilə bağlı ciddi problemlərin mövcud olduğunu qeyd edirlər. Müştərilər iddia edirlər ki, “qızıl zəmanət” anlayışı bu qədər məsuliyyətsiz yanaşma üçün istifadə olunmamalıdır və ya məhsula görə məsuliyyət açıq şəkildə qəbul edilməlidir.



Geri qayıt