Əsas Səhifə > Manşet / Gündəm > Peşə məktəblərində 2 aydır əmək haqqı verilmir
Peşə məktəblərində 2 aydır əmək haqqı verilmir6-02-2026, 07:12 |
|
Azərbaycanda peşə təhsili müəssisələrində çalışan müəllimlər, ustalar və texniki işçilər aylardır əmək haqlarını ala bilmir. Bizimesr.az-a daxil olan məlumata görə, sonuncu əmək haqqını yalnız 2025-ci ilin dekabr ayında alıblar və 2026-cı ilin fevral ayının ilk həftəsi bitməsinə baxmayaraq, hələ də ödəniş edilməyib. Əsasən rayon peşə məktəblərində çalışan müəllimlər vəziyyəti acınacaqlı adlandırır, bəzi müəllimlərin kredit ödənişləri gecikdiyindən əlavə bank faizləri ilə üzləşdiklərini qeyd edirlər. Onlar bildirirlər ki, əmək haqlarının gecikdirilməsi artıq adət halını alıb və hər ay vəziyyət daha da ağırlaşır. Peşə Təhsili üzrə Dövlət Agentliyindən məsələyə dair heç bir açıqlama verilmir və problemin səbəbi açıqlanmır. Qeyd edək ki, Agentliyin direktoru İlqar Bayramlıdır. O, bu vəzifəyə gətirilməzdən əvvəl Elm və Təhsil Nazirliyində Təhsilin İqtisadiyyatı şöbəsinin müdiri kimi çalışıb. Müəllimlər və işçilər vəziyyətin həllini tələb edirlər və məsul qurumların əmək haqlarını dərhal ödəməsini istəyirlər. *** Geri qayıt |