Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Şəhid atası başçının müavinindən Prezidentə ŞİKAYƏT ETDİ

Şəhid atası başçının müavinindən Prezidentə ŞİKAYƏT ETDİ


Bu gün, 14:17

"Mən bir şəhid atası kimi Cənab Prezident İlham Əliyevə müraciət edirəm. Sabirabad rayon icra hakimiyyəti başçısının müavini Həsənov Həsən artıq yaş həddini də keçib... amma əməllərindən qalmır..." "DİA-AZ" xəbər verir ki, bu barədə Şəhid atası Fuad Abasov ölkə rəhbərliyinə müraciətində qeyd edir.

O daha sonra bildirir: "Həsən Həsənov elə həddədir ki, hətta Sabirabadda şəhid ailələrinə də böhtan atır. İcra baççısına yalan məlumat verərək şəhid ailələrini dövlətə qarşı narazı salan bir şəxs niyə vəzifədə qalsın ki?

Dövlətcilik ənənələrinə sadiq olan bir gənc kadr ölkədə tapılmır ki, bu adamınb - yaşı keçmiş, təqaüd yaşını çoxdan doldurmuş Həsən Həsənovu əvəzləsin? Niyə 2020-ci ildə oğlunu müharibədən gizlətdi? Mənim oğlum Elgiz isə şəhid oldu... İndi ata-bala Sabirabadda kef edirlər. Sabirabadda eləmədiyi əxlaqsızlıqları saymaqla qurtarmaz. Onun çoxüzlü münasibəti şəhid ailələrini, qaziləri dövlətə qarşı qoymaqda davam edir.

Biz şəhid ailələri olaraq Həsən Həsənovla bağlı ölçü götürülməsini ölkə rəhbərliyindən xahiş edirik..."


Geri qayıt