Əsas Səhifə > Manşet / Siyasət > Gözəl görünmək istəyənlər özlərini TƏHLÜKƏYƏ ATIR...
Gözəl görünmək istəyənlər özlərini TƏHLÜKƏYƏ ATIR...Bu gün, 10:33 |
|
Daxil olan məlumatlar əsasında apardığımız araşdırma zamanı özünü “doktor Aytən” kimi təqdim edən şəxsin tibbi fəaliyyəti ilə bağlı ciddi və təhlükəli iddialar üzə çıxıb. İddialara görə, sözügedən şəxs ali tibbi həkim təhsili olmadan cərrahi estetik əməliyyatlar, o cümlədən üz gərmə prosedurları həyata keçirib. Məsələ təkcə qanunsuz tibbi fəaliyyət iddiaları ilə bitmir. Araşdırma zamanı əldə etdiyimiz səs yazıları vəziyyətin daha da ağır olduğunu göstərir. Məlumatlara əsasən, Aytən adlı şəxs tibb bacısı ixtisası üzrə təhsil alıb. Halbuki, üz gərmə əməliyyatı Azərbaycan Respublikasının qanunvericiliyinə görə cərrahi müdaxilə sayılır və yalnız ali tibbi təhsili, müvafiq sertifikatı və icazəsi olan həkimlər tərəfindən icra edilə bilər. Araşdırmanın ən diqqətçəkən məqamı isə redaksiyamıza təqdim edilən səs yazısıdır. Qeyd edək ki, bu səs yazısı hazırda redaksiyanın ixtiyarındadır və aidiyyəti qurumlara təqdim olunmağa hazırdır. Məsələ ilə bağlı Aytən adlı şəxsin və “ Kristal Estetik” klinikasının mövqeyini öyrənməyə çalışsaq da, yazının dərc edildiyi vaxta qədər rəsmi açıqlama almaq mümkün olmayıb. Qarşı tərəfin mövqeyi təqdim edildiyi halda material yenilənəcək. Bu araşdırma bir daha göstərir ki, estetik sahədə nəzarətsiz və qanunsuz fəaliyyət təkcə etik problem deyil, birbaşa insan həyatı üçün təhlükədir. Səs yazısında əks olunan iddialar təsdiqini tapacağı təqdirdə, söhbət artıq təkcə qanunsuz tibbi fəaliyyətdən deyil, korrupsiya cəhdindən də gedə bilər. XALQ.az
Geri qayıt |