Əsas Səhifə > Manşet / Gündəm > Noyabr ayının pulunu HƏLƏ DƏ VERMƏYİBLƏR...
Noyabr ayının pulunu HƏLƏ DƏ VERMƏYİBLƏR...Bu gün, 09:40 |
|
Azəriqaz İB Təmir Tikinti İdarəsində yenə də işçilərə edilməli olan ödənişlərlə bağlı problem yaranbıb. "DİA-AZ" xəbər verir ki, bu məlumatı tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı ictimailəşdirib.
xəbərdə deyilir ki, "Azəriqaz" TTİ rəisinin əmri ilə 2025-ci ilin noyabr ayında Ağdərə rayon Həsənriz kəndində ezamiyyətdə olan işçilərə ödəniş edilməyib. İşçilərdən biri yazır: "Briqadamla birlikdə bu günə qədər ezamiyyə pulunu almamışıq".
Qeyd edək ki, bu məsələyə NHMT sədri Mirvari Qəhrəmanlı qanundan sitat gətirərək reaksiya verib:
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin192-ci maddəsinə əsasən, işçinin: ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə qaydada ödənilməsində tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər 700 manatdan - 1500 manatadək məbləğdə cərimə edilir.
Azərbaycan Respublikası Əmək Məc-nin 310-cu maddəsinə əsasən: İstər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlarıpozmağa, məhdudlaşdırmağa görə maddi, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar..."
Geri qayıt |