Əsas Səhifə > Manşet / Hadisə > Naxçıvanda məhkəmə hakimi İTTİHAM OLUNUR
Naxçıvanda məhkəmə hakimi İTTİHAM OLUNURBu gün, 08:16 |
|
Yoxlama apartığı evdən qızıl oğurlamaqda şübhəli bilinən hakim Gülsüm Əliyevanın baxdığı müvafiq iş əlindən alınıb.
Buna səbəb oğurluq faktı ilə bağlı başlanmış cinayət araşdırmasında onun adının rəsmi olaraq şübhəli şəxs qismində keçməsidir. O, Naxçıvan şəhər Məhkəməsinin hakimidir.
Naxçıvan şəhər Prokurorluğu qızıl əşyaları oğurlanan ev sahibi Sahilə Məmmədovanın şikayəti əsasında cinayət araşdırmasına başlayıb.
Şikayət ərizəsində qızılların yoxa çıxması ilə bağlı Gülsüm Əliyeva ilə yanaşı, yoxlama zamanı onunla birlikdə evdə olmuş polis əməkdaşlarının da adları şübhəli şəxslər kimi göstərilib.
Bu haqda „Gündəlik Naxçıvan“a zərərçəkənin səlahiyyətli nümayəndəsi Əliağa Xələfli məlumat verib.
Xələflinin sözlərinə görə, həm oğurluqla bağlı araşdırma başladılması, həm də hakim dəyişikliyi ilə bağlı onlara rəsmi məlumat göndərilib:
“Əmlək bölgüsüylə bağlı iş üzrə müvəkkilimi müdafiə edirəm. Hakim Gülsüm Əliyeva qanunları tapdalayaraq, əleyhimizə qərarlar çıxarmışdı. Son vəsatətimiz ötən il aparılan ekspertizanın rəyinin saxta olması ilə bağlıdır.
Heç bir məhkəmə qərarı olmadan, guya bu şikayəti araşdırmaq üçün bir neçə polislə birlikdə qanunsuz surətdə müvəkkilimin evinə basqın ediblər. Həmin vaxt müvəkkilim evdə olmayıb. Evə qayıtdıqdan sonra isə bir məbləğ pul və qızılların oğurlandığını görüb. Bundan sonra polisə və prokurorluğa oğurluqla bağlı şikayət ərizəsi yazdıq.
Ərizədə hakim və polislərin adını şübhələndiyimiz şəxslər kimi qeyd etmişik. Dünən, öncə şikayətimizin qəbul olunması ilə bağlı Naxçıvan şəhər Prokurorluğundan rəsmi bildiriş aldıq. Daha sonra məhkəmədən bildiriş aldıq ki, əmlək bölgüsü ilə bağlı iş Gülsüm Əliyevanın əlindən alınıb, digər hakim Aslan Heydərova verilib”
Gülsüm Əliyevanın adı rüşvət müqabilində ədalətsiz qərarlar çıxarmaqda hallanır. Ötən il bu cür qərarlardan birinə etiraz edən Naxçıvan şəhər sakinin Kərim Seyidov elə məhkəmə binasındaca sirkə içərək, intihara cəhd etmişdi.
Geri qayıt |