Əsas Səhifə > Manşet / Güney Press > Dövlətin ƏRKÖYÜN QURUMU: Sahibkara PAZ OLUB...

Dövlətin ƏRKÖYÜN QURUMU: Sahibkara PAZ OLUB...


30-01-2026, 08:18

"3 saylı Vergi Ərazi İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsində bir neçə iş aparıram. Səbəb bəllidir: vergi orqanı adətinə uyğun olaraq sahibkarlara artıq vergi hesablayır, bank hesablarına həbs qoyur və bununla da fəaliyyətlərini iflic edir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra bildirir: "Sahibkarlar da üz tutur məhkəməyə, məhkəmə isə illərlə çəkir. Həmçinin ona görə ki, haqsız olduğunu bilən vergi orqanı bilərəkdən işi uzadır: iclaslara gəlmir və ya əsassız olaraq iclasların təxirini istəyir. Məsələn, elə bu gün bu orqanın işçisi məhkəməyə belə müraciət göndərib (arqumenti yeni deyil, əvvəllər də deyib): “işçi çatışmazlığı və iş həcminin çox olması ilə əlaqədar, məhkəmələrdə keçiriləcək məhkəmə iclaslarının hamısında iştirak etmək mümkün olmur. Göstərilənləri nəzərə alaraq, qeyd edilmiş işlə bağlı icraatınızda olan işə baxılmasının təxir edilməsini Sizdən xahiş edirəm”.
Bir sözlə, vergi orqanı yetənə yetir, yetməyənə bir daş atır, sahibkarlara qan uddurur, sonuncular məhkəməyə müraciət edəndə isə deyir ki, o qədər məhkəmə işim var ki, çatdırmıram, işləri mənim tempimə uyğun aparın. Məhkəmə hakimiyyətinə vergi orqanı qədər hörmətsizlik edən yoxdur..."

Geri qayıt