Əsas Səhifə > Manşet / Siyasət > "Azərsu ASC... bu hansı qaydadır?"
"Azərsu ASC... bu hansı qaydadır?"27-01-2026, 12:13 |
|
"Azərsu ASC – bu hansı qaydadır? 24 dekabr 2025-ci il tarixində Azərsu-nun elektron sistemində göstərilən mövcud bütün su borclarımı tam şəkildə ödəmişəm. Həmin tarixdən etibarən əvvəlki dövrlər üzrə heç bir borcum olmayıb". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Frida Huseynova adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "İki gün əvvəl yeni ay üzrə ödəniş bildirişi qapıya yapışdırılıb və həmin bildirişdə borcun 23.02.2026 tarixinə qədər ödənilməsi mümkün olduğu açıq şəkildə qeyd olunub.
Buna baxmayaraq, 26.01.2026 tarixində evə qayıdarkən qapıda xəbərdarlıq olduğu və evə daxil olduqda suyun kəsildiyi məlum olub. Bildirirəm ki:
• ödəniş vaxtı bitmədən,
• real xəbərdarlıq müddəti tanınmadan,
• əvvəlki borc olmadığı halda
kommunal xidmət dayandırılıb.
Azərsu ilə əlaqə saxladıqda “borcunuz var” cavabı verilib. Məlumat verdim ki, borcun ödəniş müddəti hələ bitməyib və əvvəlki borc mövcud deyil. Problemin aradan qaldırılması üçün yenidən ödəniş etdim, lakin buna baxmayaraq:
• su bərpa olunmayıb,
• heç bir texniki əməkdaş yaxınlaşmayıb,
• əlaqə üçün verilən nömrələr cavabsız qalır.
Yuxarıda qeyd olunanlara əsasən aşağıdakı suallara rəsmi cavab tələb edirəm:
1. Ödəniş müddəti 23.02.2026 göstərildiyi halda su hansı hüquqi əsasla kəsilib?
2. Bildiriş qoyulduqdan 2 gün sonra xidmətin dayandırılması hansı normativ qaydaya əsaslanır?
3. Ödəniş edildikdən sonra suyun bərpası niyə təmin olunmur?
4. Vətəndaş müraciətlərinin cavabsız qalmasının səbəbi nədir?"
Geri qayıt |