Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > SOCAR-ın daha bir strukturunda ÖZBAŞINALIQ: Qadın işçilərə VAXT VERDİLƏR...

SOCAR-ın daha bir strukturunda ÖZBAŞINALIQ: Qadın işçilərə VAXT VERDİLƏR...


22-01-2026, 11:34
SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi də qurumda aparılan struktur dəyişikliyi ilə əlaqədar idarənin müxtəlif sahələrində işləyən qadınlara yanvar ayının 29-dək işdənçıxma ərizəsi yazmağı tövsiyyə edib. "DİA-AZ" xəbər verir ki, bu informasiyanı özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı paylaşıb.
NHMT sədri açıqlamasında əlavə olaraq bildirir ki, məsələ tək bunda deyil: "Və onlara bildirilib ki, əks halda, yəni 29 yanvar tarixinə qədər ərizə yazmayacaqları təqdirdə fevral ayında heç bir kompensasiya ödənilmədən işdən azad olunacaqlar..."
Qeyd edək ki, NHMT sədri SOCAR strukturlarında baş verən bu növbəti özbaşınalıq faktını şrəh edib. M.Qəhrəmanlının reaksiyasında deyilir:
"SOCAR İTRİ, vallah ölkənin Əmək Məcəlləsi və konkret olaraq onun Maddə 70 (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları), maddə 71 (Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlə), maddə77 (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), maddə78 (İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər), maddə 79 ( Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) və maddə 80 (Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar) deyə bəndləri var..."
YƏNİ DƏRƏBƏYLİK DEYİL, AXI... OLMAMALIDIR AXI...

Geri qayıt