Əsas Səhifə > Manşet / Siyasət > "Heç bir yerdə belə dilənçilik yoxdur..."

"Heç bir yerdə belə dilənçilik yoxdur..."


21-01-2026, 10:15

"Şikayətim "İrşad Electronics"dəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra etirazını belə davam etdirir: " "İrşad Electronics", bu nə dilənçilikdir?
 Hər dəfə kreditə məhsul götürəndə, şəxsi və iş yeri məlumatlarının yoxlamılması üçün müştərilərdən 3 manat pul alırsınız. Heç utanırsınız???
Dekabrda ödəmişəm axırıncı dəfə 3 manatı, bu gün getmişəm yenə də 3 manat istəyirlər.
Heç bir yerdə belə dilənçilik yoxdur. Özünüzə hörmətiniz olsun. Gələn dəfə heç yalvarsanız da, sizdən heç nə almaram..."

Geri qayıt