Əsas Səhifə > Manşet / Güney Press > Bakının yarısını söküb... İNDİ DƏ ARADAN ÇIXIR?

Bakının yarısını söküb... İNDİ DƏ ARADAN ÇIXIR?


9-01-2026, 15:04

Bir neçə gün əvvəl "DİA-AZ" olaraq tanınmış teleaparıcı Nigar Sabirqızının özünün yaşadığı ərazidə "AVANT" şirkəti tərəfindən qanunsuz tikinti aparmaınsa etdiyi etirasını təqdim etmişdik.

YAZISI BURADA: 'AVANT' fürsət gözləyirdi: Daha bir neçə ağac kəsildi... - NARAZILIQ VAR...

Qeyd edək ki, bu narazılıq sözügedən şirkətin özbaşınalığı ilə bağlı ilk dəlil deyil. Buna qədər də yetərincə faktlar ictimailəşib.

Görünəni odur ki, bunu elə sözügedən şirkətin başbilənləri də nəzərə alıb. Elə bunun nəticəsidir4 ki... aşağıdakı qərar verilib.

Son məlumatlardan aydın olur ki, "Avant Group" MMC ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti xəbər yayıb.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49C ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Avant Group" 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır.

Amma bu qısa müddət ərxində sözügedən şirkət kifayət qədər narazılıq yarada bilib. İndi isə ləğv olunur. Hər halda DIRNAQ ARASINDA... Sonradan bu şirkətin başqa adla ortaya çıxacağı şübhəsizdir. Çünki bizdə əzəldən belədir. Təbii ki, "ABANT" şirkəti qısa müddətdə yetərincə narazılıq yaradıb... ona görə də elə qısa müddəıtdəcə adını dəyişmək zorunda qalıb. Yəni məlumdur ki, ləğv edilən "AVANT"ın yerində başqa adla köhnə "AVANT" fəaliyyətini davam etdirəcək...


Geri qayıt