Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > “Binəqədi Oil Company” Binəqədi sakinlərinə qarşı
“Binəqədi Oil Company” Binəqədi sakinlərinə qarşı7-01-2026, 13:05 |
|
“Binəqədi Oil Company” şirkəti Binəqədi sakinlərini məhkəmə qapılarında qoyub. Sözügedən şirkətin illərdir sakinlərə qarşı başlatdığı məhkəmə çəkişməsi davam edir. Tribuna.az xəbər verir ki, Sergey Neymyshevin rəhbərlik etdiyi şirkətin Azərbaycandakı filialının qarşıdakı 1 ay ərzində Binəqədi sakinləri ilə 10-dan çox məhkəmə işi var. Bu proseslərin hamısında iddianı “Binəqədi Oil Company” qaldırıb. Şirkətin qaldırdığı iddialarda işin mahiyyəti qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılmasıdır. Xatırladaq ki, bu, sözügedən şirkətin sakinlərlə ilk məhkəmə çəkişməsi deyil. “Binəıqədi Oil Company” artıq neçə ildir ki, Binəqədi sakinlərinə qarşı qanunsuz tikilinin sökülməsi ittihamı ilə iddia qaldırıb. Yeri gəlmişkən onu da bildirək ki, narazılıq yaradan bu şirkətin fəaliyyətini millət vəkili Razi Nurullayev də çıxışlarının birində sərt tənqid etmişdi. Deputat çıxışı zamanı bildirmişdi ki, bu cür şirkətlər, xüsusilə də “Binəqədi Oil Company” və “Balakhani Operating Company” dövlətə deyil, ancaq öz cibinə xidmət edir. Qeyd edək ki, “Binəqədi Oil Company” şirkətinin Azərbaycandakı filialının rəhbəri Sergey Neymyshevdir. Bu şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və “Azen Oil Kompani Bi.Vi.” kimi qurumların iştirakı ilə 2005-ci ildə yaradılıb və Binəqədi regionundakı neft yataqlarını işləyir. Sözügedən şirkətlə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Qarşı tərəfi dinləməyə hazırıq. Geri qayıt |