Əsas Səhifə > Manşet / Gündəm > DSMF Bəylər Əyyubova SƏDAQƏT NÜMAYİŞ ETDİRİR...
DSMF Bəylər Əyyubova SƏDAQƏT NÜMAYİŞ ETDİRİR...3-01-2026, 11:08 |
|
Bildirək ki, "Dövlət Sosial Müdafiə Fondu" Publik Hüquqi Şəxsi tərəfindən Fondun Regionlarla İş üzrə Mərkəzi Filialı üçün inzibati bina sahəsinin icarəsi xidmətinin satınalınması üzrə elan edilmiş tenderin nəticəsi açıqlanıb. "DİA-AZ" xəbər verir ki, tenderin qalibi bir kimsə yox, "vurulan" Bəylər Əyyubovun bacısı Qaze Həsən qızı Həsənova olub. Müqavilənin dəyəri 185 min 400 manat təşkil edir. Ehtimal olunan qiymət isə 201 min 344 manat idi. Tələblər: İcarə haqqına vergi, rüsumlar və komunal ödənişlər daxil olmalı, iddiaçı tərəfindən təqdim edilmiş güzəştlər barədə məlumatlar təqdim edilməlidir. Qiymət minimum 1000 m² sahəyə görə nəzərdə tutulmalıdır. İddiaçılar müəyyən edilmiş sahəyə uyğun olaraq qiymət təklifi verməlidirlər. İddiaçılar müəyyən edilmiş sahədən artıq təklif edilən sahələr barədə məlumat verə bilərlər. İnzibati binanın sahəsi “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarına (https://e-qanun.az/framework/29860) uyğun olaraq ZONA-3 ərazisində yerləşməli. İcarə müddəti 12 ay üçün nəzərdə tutulmuşdur. Təklif edilən icarə sahəsi tam təmirli iş otaqları, avadanlıqla tam təmin olunmuş sanitar qovşaqları, liftə, daimi işıqlandırma, isti və soyuq su, mərkəzi isitmə və soyutma, havalandırma, ümumi şəbəkə, telefon və kamera xətlərinə, tam və işlək vəziyyətdə olan yanğın əleyhinə siqnalizasiya sisteminə, yanğınsöndürmə şitləri və balonlarına təhlükəsiz və rahat giriş-çıxışa malik olmalıdır; İcarə sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş çıxarışın və ya əmlakın mülkiyyətçiyə məxsusluğunu təsdiq edə bilən hüquqi qüvvəyə sənədə malik olmalıdır. Qeyd edək ki, Qaze Həsənova Dövlət Sosial Müdafiə Fondunun daimi tərəfdaşlarından biridir. Fiziki şəxs indiyədək Fondun 7 tenderinin qalibi olub. Tərəflər arasında ofis icarəsi üzrə imzalanan müqavilələrin ümumi dəyəri 8 milyon 173 min 347 manat təşkil edir. Həmin şəxsin qalib gəldiyi digər tenderlər və məbləğlər aşağıdakı kimidir:
Geri qayıt |