Əsas Səhifə > Manşet / Hadisə > Bəs 15 dəqiqəlik pulsuz müddət harda qaldı...
Bəs 15 dəqiqəlik pulsuz müddət harda qaldı...Bu gün, 09:38 |
|
"AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən dünən Əhməd Rəcəbli küçəsində yerləşən parklanma sahəsində avtomobilimə 20 AZN məbləğində cərimə tətbiq edilib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Zülfüqar Xeyirxəbər yazıb.
Jurnalist daha sonra bildirir: "AYNA əməkdaşı avtomobilin şəklini saat 17:47-də çəkərək sistemi̇ə yerləşdirib. Lakin mən parklanma rüsumunu 18:01-dən etibarən aktivləşdirmişəm və 4 saat üçün 1,60 AZN məbləğində ödəniş bank kartımdan tutulub.
Qeyd edim ki, həmin vaxt internet problemi olduğuna görə parklanmanı dərhal tətbiq üzərindən aktivləşdirmək mümkün olmayıb. İnternetə çıxış əldə etdikdən sonra ofisə yaxınlaşıb tətbiqi aktivləşdirmişəm. Təxminən 15 dəqiqəlik gecikmə olub.
AYNA-nın ərazidə fəaliyyət göstərən əməkdaşları dəfələrlə bildiriblər ki, internet problemi olduqda ilk 15 dəqiqə pulsuz hesab olunur və bu müddət ərzində tətbiq sonradan aktivləşdirilərsə, cərimə tətbiq edilmir.
Bu vəziyyətdə belə nəticə ortaya çıxır ki, ya ərazidəki AYNA əməkdaşları sürücülərə yanlış məlumat verirlər, ya da AYNA sistemi faktiki vəziyyət araşdırılmadan avtomatik şəkildə cərimə tətbiq edir.
Xahiş edirəm, məsələ obyektiv şəkildə araşdırılsın və geri dönüş edilsin..."
Geri qayıt |