Əsas Səhifə > Manşet / Hadisə > Müştərini rəsmən BOĞAZA YIĞIBLAR...

Müştərini rəsmən BOĞAZA YIĞIBLAR...


Bu gün, 07:56

" "Xalqbank" siz banksınız, yoxsa BOKT? Bu nə keyfiyyətsiz xidmətdir?.." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

 Narazı vətəndaş daha sonra bildirir: " "Xalqkart" almışam, alan gündən peşmanam. Mağazada bəzən işləmir, bu gün isə 100 manat yükləmişəm, hələ karta oturmayıb. "Qaynar xətt"ə yığmışam, Lalə adlı operator az qala ayaqqabının ölçüsünə qədər soruşur, amma nəticə SIFIR, deyir "Votsap" nömrəsinə qəbzi göndərin, "Votsap"a qəbzi göndərmişəm, deyirlər, "Qaynar xətt"ə zəng edin. Təkrar "Qaynar xətt"ə zəng etmişəm, bu dəfə Könül adlı operator deyir çalışarıq bu gün problem həll olunsun, olmasa qaldı sonraya. Tətbiqə daxil oluram, kartın balansını artırmaqdansa, kart görünmür. SIFIR keyfiyyət, SIFIR xidmət. Əməkdaşları bir-birindən xəbərsiz, kommunikasiyası bu qədər bərbad ikinci bir banka hələ rast gəlməmişdim. Kim əsəbiləşmək istəyirsə, "XalqKart"ı tövsiyyə edirəm. "Xalq Bank", bir cavab verə bilərsiniz?"


Geri qayıt