Əsas Səhifə > Manşet / Siyasət > AYNA öz fəaliyyəti ilə nəyi yaradıb: Xaos, tıxac, cərimə, əsəb, gərginlik...

AYNA öz fəaliyyəti ilə nəyi yaradıb: Xaos, tıxac, cərimə, əsəb, gərginlik...


Bu gün, 14:30

"Azərbaycan vətəndaşının dərdi, problemi azıydı, birdənə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) yaradıb dərdimizin üstünə dərd gətiriblər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış ekspert Şahin Nəcəfov qeyd edib.
O daha sonra bildirir: "Aldanmağa meyilli milletimizi inandırıblar ki, AYNA yerüstü nəqliyyatın tənzimlənməsi və tıxacların ortadan qaldırılması ilə məşğul olur.
AYNA öz fəaliyyəti ilə nəyi yaradıb?
Xaos, tıxac, cərimə, əsəb, gərginlik.
Yolun istiqamətini, yol hərəkəti işarələrini dəyişmək kiminsə kefinə görə olmamalıdır. Əsaslandırılmalıdır, sürücülər öncədən məlumatlandırılmalı, maarifləndirici, xəbərdaredici işarəlırin sayı artırılmalıdır.
Sürücü maşını vərdişlə yox, yol hərəkəti işarələri ilə idarə etməlidir. Yol hərəkəti işarələri sözün həqiqi mənasında sürücünü gözünə girməlidir, ona yol göstərmilidir.
Bu basa- basda, tıxacda yol ayrıcına catırsan, məlum olur ki, yerdə qadağan edici xətt cəkilib, sən düz və ya sağa ,sola gedə bilməzsən.
Sürücü ya yolunu davam edib cəriməyə, ya da qayıdıb yenidən tıxaca düşməlidir.
Yollar o qədər qarışıq xətlər cəkilib ki, elə bil dəcəl filə fırca ,rəng veriblər ki, əylənsin.
AYNA da elə o işlə məşğuldur, kameradan izləyirlər, əylənir, cərimə yazırlar..
Vətəndaşın vergisi hesabına cəkilmiş yollara ag xətt cəkib pul, cərimə yığmağın adı zəhmətsiz gəlir əldə etməkdir.
Zəhmətsiz gəlir bu gün hökümətə şirin görsənə bilər, amma onun iqtisadiyyata, ticarətə, yol kənarı alverə vurduğu zərəri hələ hesablayan yoxdur.
Allah eləsin, hökümətimiz imkan versin, hər ailənin yox, hər bir insanımızın şəxsi avtomobili olsun .
Amma ictimai nəqliyyatın səviyyəsini yüksəlt, əlçatan, sərfəli et ki, insanlar vacib, lazım olmadıqca şəxsi avtomobildən az istifadə etsinlər. Bunlar da sonda görünəcək işləri əvvələ,  əvvəldən görüləcək işlər də axıra saxlayırlar.
Ölkənin necə faizi velosiped istidadə edir ki, dar yolların 2də 1, 3 də 1 hissəsini velosiped yolları ücün ayırıb, bu qədər insana əlavə gərginlik yaradırsan. Vətəndaşın rifahını hecə sayıb, özünüzü kimə göstərirsiniz?
Əgər bunun adı təşviqdirsə, AYNA-nın rəhbəri Anar Rzayev və kollektivi... bir zəhmət işə gəzməyə,toya velosipedlə gedib gəlsinlər, millətdə onlardan nümunə götürsün.
Siz AYNA-nın rəhbərliyini, ictimai nəqliyyatda, velosipedlə hərəkət edəndə görmüsünüz?
Bir lətifədə deyildiyi kimi, birinci özün namaz qıl, sonra millətdən tələb et..."

Geri qayıt