Əsas Səhifə > Manşet / Ölkə > Naxçıvan Mədəniyyət Nazirliyində qanunsuz PUL YIĞIMLARI...

Naxçıvan Mədəniyyət Nazirliyində qanunsuz PUL YIĞIMLARI...


Bu gün, 08:31

"Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi sistemində uzun müddətdir ciddi və narahatedici hallar baş verir". Bu barədə "DİA-AZ"a göndərilən məlumatda deyilir.
Məlumata görə, yuxarı rəhbər vəzifələrdə təmsil olunan şəxslər tabelikdə olan mədəniyyət müəssisələrinin direktorlarından və məsul əməkdaşlarından müntəzəm olaraq hər ay pul tələb edirlər.
Bu qanunsuz tələblər açıq və ya dolayı yollarla irəli sürülür. Pul verilmədiyi hallarda isə direktorlar müxtəlif təzyiqlərlə üzləşir: işdən azad edilmə hədələri, əsassız yoxlamalar, süni problemlərin yaradılması və fəaliyyətə maneələr.
Ən acınacaqlısı isə odur ki, bu şəxslərin əksəriyyəti aşağı əməkhaqqı ilə çalışan, ailə dolandıran insanlardır. Onların üzərinə əlavə “aylıq ödəniş” yükünün qoyulması açıq-aşkar ədalətsizlik və korrupsiya əlamətidir.
Bu cür hallar mədəniyyət sahəsinin inkişafına zərbə vurur, dövlətə olan inamı sarsıdır və cəmiyyətdə ciddi narazılıq yaradır. Dövlət qurumlarında çalışan şəxslər şəxsi maraqlarını deyil, qanunu və xalqın mənafeyini üstün tutmalıdırlar.
Cəmiyyət olaraq bu məsələyə biganə qalmamalıyıq. Aidiyyəti qurumlar tərəfindən Naxçıvan MR Mədəniyyət Nazirliyində baş verən bu iddialar təcili və şəffaf şəkildə araşdırılmalı, günahkarlar qanun qarşısında cavab verməlidirlər

Geri qayıt