Əsas Səhifə > Manşet / Siyasət > Naxçıvanda mədəniyyət işçilərinə YENİ İL ŞOKU
Naxçıvanda mədəniyyət işçilərinə YENİ İL ŞOKU26-12-2025, 07:22 |
|
Xəbərdə daha sonra qeyd olunur: "Məlumdur ki, ixtisar prosesi bütün rayonlara şamil olunub.
Lakin haqlı narazılıq doğuran əsas məqam ondan ibarətdir ki,
maaş kəsintiləri yalnız Babək və Şahbuz rayonlarında tətbiq olunur.
Naxçıvan şəhəri, Ordubad, Culfa, Sədərək, Şərur və Kəngərli rayonlarında niyə maaş kəsintisi aparılmayıb?
Əgər yanaşma vahiddirsə, bu seçici tətbiqin səbəbi nədir?
Daha düşündürücü məqam isə budur:
Əgər bu maaş kəsintiləri qanuni və əsaslandırılmışdırsa,
nəyə görə işçilərə əvvəlcədən rəsmi şəkildə məlumat verilməyib?
Bildirilir ki, Babək və Şahbuz rayonlarında bir çox mədəniyyət işçisi
maaş kartına köçürülmüş məbləği aldıqdan sonra
əməkhaqqından kəsinti aparıldığını öyrənib.
Yəni:
• nə yazılı xəbərdarlıq edilib,
• nə rəsmi əmr ilə tanışlıq olub,
• nə də işçilərə əsaslandırılmış izahat verilib.
Bu isə əmək hüquqlarının pozulması ilə bağlı ciddi suallar yaradır.
Daha bir vacib məqam:
Bu rayon və şəhərlər də daxil olmaqla bir çox yerlərdə,
nomenklatura vəzifələrində çalışan rəhbər şəxslərin,
öz işçilərindən icazə vermə, himayə və digər “xidmətlər” müqabilində pul aldıqları barədə ciddi iddialar mövcuddur.
Məhz bu səbəbdən həmin yerlərdə rəhbər şəxslərin, maaşlarından tutulma aparılmadığı,
maliyyə yükünün isə yalnız zəif sosial təbəqəyə aid olan, aşağı vəzifəli kitabxanaçı və klub işçilərinin üzərinə salındığı bildirilir.
Bu faktlar bir daha göstərir ki,
maaş kəsintiləri vahid, şəffaf və ədalətli mexanizm əsasında deyil,
seçici və qeyri-bərabər şəkildə tətbiq olunur.
Eyni zamanda bildirilir ki,
Babək və Şahbuz rayonlarında mədəniyyət işçilərinin şikayət etməsinin qarşısını almaq məqsədilə
onlara qarşı hədə-qorxu, yalan vədlər və aldadıcı “sonra düzələcək” bəyanatlar verilib.
Bu nə qanuna, nə etikaya, nə də dövlət idarəçiliyinə sığır.
Əgər maaş kəsintiləri həqiqətən qanuni, şəffaf və əsaslandırılmışdırsa:
• Niyə işçilər əvvəlcədən məlumatlandırılmayıb?
• Niyə yazılı və rəsmi əsaslandırma təqdim edilməyib?
• Niyə maaş kəsintisi yalnız Babək və Şahbuz rayonlarında aparılıb?
• Niyə eyni maliyyə mexanizmi digər rayonlara şamil edilməyib?
Bu suallar cavabsız qaldıqca bir həqiqət daha aydın görünür:
Bu yanaşma struktur dəyişikliyi deyil, seçici, qeyri-şəffaf və sosial ədalətsiz tətbiqdir.
Mədəniyyət işçisi susmamalıdır.
Qorxu və təzyiq üzərində qurulan idarəçilik dövlətə yox, özbaşınalığa xidmət edir".
Geri qayıt |