Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Naxçıvanda daha bir sual: HANI QATARLAR?

Naxçıvanda daha bir sual: HANI QATARLAR?


25-12-2025, 15:13

"Naxçıvan Dəmir Yolları İdarəsində təcili həbslər həyata keçirilməli, rəhbərlik dəyişməli və bu illərdə baş verənlərin hesab-kitabı aparılmalıdır". Bu barədə "DİA-AZ"a sözügedən idarəinin işçiləri adından edilən müraciətdə deyilir.

Xatırlayırsınızsa dünən məlumat verərək bildirmişdik ki, işsizliyin baş alıb getdiyi Naxçıvanda yüzlərlə insanın bir ümid yeri də əlindən alınıb. Onlar çoxlu iş yerləri vəd edən Zəngəzir dəhlizinə birləşəcək dəmiryolunun tikintisinin başlanmasını səbirsizliklə gözləyirdilər. Lakin, iş başlansa da, yerli sakinlər yaxın buraxılmırlar. Bu durumdan ən çox şikayət edənlərsə yük maşını sürücüləridir.

Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisindən bu ay başlayan tikinti 188 kilometrlik dəmir yolunu əhatə edir.
"DİA-AZ"a daxil olan son məlumatlardan isə aydın olur ki, bu tikinti işləri ortaya başqa bir faktı da çıxarıb. Aydın olur ki, Naxçıvan Dəmir Yolları İdarəsinin balansında olmalı olan 1400-ə yaxın vaqon doğranaraq satılıb. Bu barədə danışan qurumun işçiləri iddia edir ki, hətta Zəngəzur yolunun açılması ideyası ortaya düşməsə idi, yerli rəhbərlik dəmir yollarına aid ara körpüləri də satmaq barədə düşünürdü...
Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq...

Geri qayıt