Əsas Səhifə > Manşet / Güney Press / Üçüncü sektor > "İşçilərin də işdə qalıb-qalmaması Leyla xanımın rəyindən asılıdır..."
"İşçilərin də işdə qalıb-qalmaması Leyla xanımın rəyindən asılıdır..."25-12-2025, 12:40 |
|
Bildirək ki, artıq sözgüeən prosesə start verilib və bu barədə NHMT sədri növbəti açıqlama ilə çıxış edib. M.Qəhrəmanlı SOCAR Neft Emalı zavodunun 14 saylı laboratoriyasında çalışan və yaşı 50-nin üstündə olan işçi xanımların müraciətini ictimailəşdiribHəmin işçi xanımlar yazırlar: "Bir müddət əvvəl qeyd etdiyimiz kimi Laboratoriya rəhbəri Leyla Allahverdiyevanın təzyiqi və təkidi ilə :-ya əmək haqqınızın 10 mislini götürüb gedin,yaxud da imtahan verməlisiniz.İmtahan verə bilməyənlər isə əmək haqqının iki mislini almaqla işdən azad olunacaqsınız." tələbinə əsasən məcbur olub bəzilərimiz işdənçıxma ərizəsi yazdıq,bəzilərimiz isə imtahan verməyi qərarlaşdırdıq.
İmtahan zamanı yüksək bal toplayan işçilərin işdə saxlanılması üçün isə, laboratoriya rəhbərinin rəyi əsas götürürüləcək. Yəni imtahan vermiş işçilərin də işdə qalıb qalmaması Leyla xanımın rəyindən asılıdır. Xanımın "ədalətinə" ,onun ayrıseçkilik xarakterinə bələd olan insanlar kimi bəzilərimiz ərizə yazmağa məcbur olduq. Laboratoriyada çalışmış 170 işçidən təqribən 54-55 nəfər işdənçıxma ərizəsi yazıb. Qalan 120 nəfər isə imtahanlara cəlb olunub.
Xahiş: Yuxarıda qeyd etdiklərimizi nəzər alıb , Laboratoriya rəhbərinin imtahan nəticələrinə,təsir edə bilməsini , işçi haqqında rəy verərkən ədalət prinsiplərini pozma ehtimalını nəzərə alaraq sahə üzrə müvafiq məsul şəxslərin(qurumun), prosesləri ciddi nəzarət altına almağı,edilən şikayətlərə həssas yanaşmağı xahiş edirk.
Geri qayıt |