Əsas Səhifə > Manşet / Cəmiyyət > BU NƏDİ BELƏ: 60 yaşdan yuxarı şəxsi vəzifəyə gətirirlər...
BU NƏDİ BELƏ: 60 yaşdan yuxarı şəxsi vəzifəyə gətirirlər...25-12-2025, 11:11 |
|
"DİA-AZ" xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı olduqca ilginc bir faktı ifşa edib. Aydın olur ki, rəhbərliyin işinə yarıyanda 60 yaşdan yuxarı yaşı olan şəxsi hətta yüksək vəzifəyə belə təyin etmək olurmuş... Tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bu barədə yazır: "Bildiyiniz kimi, SOCAR Neftqazelmitədqiqatlayihə insititutunun direktoru 21.10.2024 tarixindən tutduğu vəzifəsindən azad olunub. Bir müddət direktorun kabinetində , onun kreslosunda SOCAR vitse-prezidenti Babək Hüseynovun müavini , Anar Əliyev əyləşdikdən(direktor kimi yox!) sonra, cənab Anar Əliyevə də başqa vəzifə bir qurumda verildi və kabinet yenə boş qaldı.. Aldığımız məlumata görə bu dəfə institut direktoru vəzifəsinə cənab Nüsrət Əliyev. təyin olunur
- Cənab Nüsrət Əliyev əvvəl Azneft İB - nin Baş direktoru olmuş Daşqın İsgəndərovun müşaviri(!) olub, .Qarabağ yatağının işlənməsində ciddi nöqsanlara yol verib; Daşqın İsgəndərov SOCAR Baş ofisə vitse prezident keçirildikdən sonra Nüsrət Əliyev onun müavini təyin olunub, sonradan Daşqın İsgəndərov tutduğu vəzifəsindən azad olunub müşavir təyin olduqdan sonra cənab Əliyev bu dəfə. Vitse Prezident Elşad Nəsirovun müavini təyin olunub.
Qeyd olunanlara görə Neftqazelmitədqiqatlayihə insititutunun direktoru olacaq 60+yaşlı Əliyev Nüsrət Layihələrlə bir gün belə işləməyib. Yəni sahə üzrə təcrübəsi yoxdur
Həyat yoldaşı da həmin institutda "birqə işlənən yataqlar üzrə məlumatlar bazası və modelləşmə şöbəsində" 14-cü dərəcəli mühəndis işləyir
Qeyd; SOCAR 60+ yaşlı işçilərin müxtəlif üsullarla "işdənçıxma ərizəsi yazdırılma " siyasəti vəzifəli şəxslərə tədbiq olunmur? Yaxud bu siyasət razılaşdırılmış daxili qaydalarla" tənzimlənir? Diskrinimasiya?!"
Geri qayıt |