Əsas Səhifə > Manşet / Güney Press > `Şəhərsalma İli`ndə kəndçiyə SÜNİ ƏNGƏL...

`Şəhərsalma İli`ndə kəndçiyə SÜNİ ƏNGƏL...


24-12-2025, 12:02
Yeni qərara görə kəndli tikəcəyi tövləyə görə Şəhərsalma Arxitektura komitəsindən icazə almalıdır.
Və ,bu icazənin arxasınca da hec şübhəsiz fövqaladə, işıq ,qaz, bələdiyyə, baytarlıq,qida , dağ-mədən ,esgiz- lahiyələr kimi xidmətlərdən də kecməlisən.
Kəndli də bu xidmətlərə görə kifayət qədər bahalı pul ödəməli , aylarla yollarda qalmalıdır.
Niyə , nəyin naminə ?
Tövləyə 3 dəqiqəlik girəndə , heyvanın peyinin iyi 3 gün üstündən getmir.
Heyvan saxlamaq ən ağır və ən axırıncı işlərdən biridir .
Heyvana yaxşı baxsan , başına gündə on dəfə fırlansan yerli cinslər gündəlik 650- 800, xarici cinslər 1 kq- 1.200 qram cəki artıra bilər . Bundan da cıxın arpa unu,kəpəyi ,samanı,yoncası, iynəsi,dərmanını . Yerdə nə qaldı ??
Kəndlinin qazancı heyvanının cöldə otlamagıdır. Cöldə də ki, örüş sahəsi yox , yoncası yox , əkinini sulamağa suyu yox ,daxili imkanlar hesabına , ucuz yem tədarük etməyə imkanı yox.
Hamısın kənardan almalıdır.
4-5 ay bordaqda saxlanılan iri heyvan maksimum 250-300 manat qazanc verə bilər.
Bunuda günə böləndə 1.50-2 manat qazanc edir .
Hökümətin və parlamentin ağ köynəkli, qara qalustuklu, Avropa tehsilli yoldaşlarını 1 günlük kənd töylələrinə ekskursiyaya aparmaq lazımdır ki , kənd insanının min cür zəhmətlə qazadığı son tikəsini də burunlarını soxmagın , nə qədər günah olduğunu bəlkə dərk edələr.
Amma, gələndən sonra gərək bir gün türk hamamında kisələnib , üc gündə fransız ətiriylə cimələr ki, töylənin iyisi canlarından cıxa .
Ferma ilə tövlənin fərqini də deyim qalustuqlu yoldaşlar da bilsin.
Oliqarx məmurların dövlət hesabına yaradılmış aqroparklarda , müasir texnologiya ilə , avtomatlaşdırılmış , hər bir heyvanın kövşəmə sayına və bədən tempuratırına görə yem rasionunu müəyyənləşdirən xüsusi cihazlarla, labarotoriya və havalanma sistemləriylə təmin olunun, hündürlüyü 5.20 sm olan binalarına ferma deyilir.
Yarı torpaqdan qazma ,yarı daşla tikib ,üstünü köhnə şiferlə, salafanla qaralayıb ,icində 5-10 heyvan saxlanılan yerə isə tövlə deyilir.
Kəndlinin əlinə 5 manat kecəndə qışda bir maşın daş ,yazda bir maşın qum alır , payızda özünə bir balaca töylə qaraldır.
Dövlətin gücü catırsa kəndliyə mal - matiralla kömək eləsin, faizsiz kredit versin .
Kömək edə bilmirsə , problem yaratmasın .
Deyim biləsiniz , kəndli töyləsininin başını buraxdısa , ayagı Bakının asfaltına dəydisə , ona on dəfə artıq qazanc təklif etsənizdə onu, əsas da, arvad -uşağını peyin iyi verən töyləyə qaytara bilməyəcəksiniz.
İnsanları yurd - yuvasından , min bir zehmetle qazandıqları cörəyindən etmeyin .
Son illər ərzaq məhsullarında idxaldan asıllığımızın ən böyük səbəblərindən biri də yeni iqtisadi komandanın ailə - kicik təsərrüfatların fəaliyyətinə müdaxilə cəhdləridi.
Şahin Nəcəfov - "DİA-AZ"

Geri qayıt