Əsas Səhifə > Manşet / Güney Press / Araşdırma > Gəncədə ŞÜBHƏLİ TENDER TƏRƏFDAŞLIĞI...

Gəncədə ŞÜBHƏLİ TENDER TƏRƏFDAŞLIĞI...


24-12-2025, 11:36

"Gəncə Şəhər Birləşmiş Xəstəxanası" Publik Hüquqi Şəxsi tərəfindən Gəncə şəhər Birləşmiş Xəstəxanası Ü.Hacıbəyli adına ailə sağlamlıq mərkəzində əsaslı təmir işlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.

"DİA-AZ" xəbər verir ki, tenderin qalibi "Rayonlararası İstehsalat Kombinatı" olub. Müqavilənin dəyəri 1 milyon 159 min 188 manat təşkil edir. Ehtimal olunan qiymət isə 1 milyon 169 min 118 manat idi.

Qeyd edək ki, "Rayonlararası İstehsalat Kombinatı" xəstəxananın daimi tərəfdaşıdır. Şirkət indiyədək bu qurumun 12 tenderinin qalibi olub. Tərəflər arasında imzalanan müqavilələrin ümumi dəyəri 6 milyon 256 min 402 manat təşkil edir.

Şirkətin qalib gəldiyi digər tenderlər və məbləğlər aşağıdakılardır:

Gəncə şəhər Birləşmiş Xəstəxanası Z.Məmmədov adına xəstəxanada əsaslı təmir işləri – 1 milyon 935 min 353 manat (10.12.2024).

Z.Məmmədov adına xəstəxanada əsaslı təmir işləri – 989 min 722 manat (30.11.2023).

Tikili və avadanlıqların cari təmir xərcləri – 468 min 473 manat (27.12.2021).

Z.Məmmədov adına xəstəxananın əməliyyat blokunun yenidən qurulması – 449 min 941 manat (07.12.2022).

Z.Məmmədov adına xəstəxanada və Perinatal Mərkəzdə cari təmir işləri – 268 min 289 manat (30.09.2022).

Müəssisələrdə cari təmir işləri – 226 min 492 manat (16.10.2023).

Müəssisələrdə cari təmir işləri – 226 min 491 manat (15.01.2024).

Üzeyir Hacıbəyli Ailə Sağlamlıq Mərkəzinin binasının dam örtüyünün dəyişdirilməsi – 203 min 384 manat (28.11.2022).

Ü.Hacıbəyli Ailə Sağlamlıq Mərkəzinin həyətyanı su təchizatı qurğularının və xətlərinin təmiri – 188 min 16 manat (23.11.2022).

Abbas Səhət adına 1 saylı şəhər xəstəxanasının Terapiya şöbəsində cari təmir işləri – 77 min 802 manat (22.01.2025).

Təchizat anbarının həyətyanı abadlıq işləri, asfalt örtüyünün yenilənməsi – 63 min 251 manat (26.09.2022).


Geri qayıt