Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Təzə başçı üçün REPLİKA: BU NƏDİ BELƏ?
Təzə başçı üçün REPLİKA: BU NƏDİ BELƏ?22-12-2025, 15:46 |
|
Ənvər Qasımzadə küçəsindəki park sahəsində qeyri-yaşayış obyektinin inşasına başlanılıb. Bura Zorge parkı və “Koala Park” arasındakı hissədir.
"DİA-AZ" xəbər verir ki, əlumatı memar Elçin T.Əliyev paylaşıb. Tikintini narazılıqla qarşılayanlar da var, bu hissənin illərdir hasara alındığı, vaxtilə həmin yerdə yay kinoteatrının olduğu və ərazinin yenidən qurulduğunu deyənlər də var.
Hasarın üzərindəki məlumat lövhəsində obyektin təsviri var: 1 mərtəbəli (-1 zirzəmi) şüşə fasadlı və pavilyon tipli obyektdir. Tikintini 01.07.2026-cı ilə qədər bitirmək nəzərdə tutulub.
Park sahələrində hər bir tikinti ictimai maraq doğurur: obyekt park üçün tikilir, yoxsa park obyekt üçün qurban verilir?
Bir də presedentin - növbəti obyektlərin yaranma ehtimalı narahatlıq doğurur. Bax, bu baş verərsə, o zaman parklar (ağaclıqlar) parçalanaraq yox ola bilər.
Geri qayıt |