Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > “Məhkəmə qərarı olsa da, aylardır SOCAR-dakı işimə bərpa etmirlər”
“Məhkəmə qərarı olsa da, aylardır SOCAR-dakı işimə bərpa etmirlər”22-12-2025, 14:25 |
|
Bu ilin yanvarında məni SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” QSC-dəki işimdən haqsız yerə uzaqlaşdırdılar. Guya mənimlə əmək müqaviləsi vaxtının bitdiyini əsas gətirdilər, lakin digər işçilərlə yenidən müqavilə bağlandı. Aylardır mübarizə aparıb məhkəmələrdə qalib gəlsəm də, hələ də işimə bərpa oluna bilmirəm”. Bu iddia ilə “Qafqazinfo”ya vətəndaş Nazim Məmmədov müraciət edib.
Şikayətçi SOCAR rəhbərliyinə dəfələrlə müraciət etdiyini, problemin həlli ilə bağlı heç bir köməklik olunmadığını bildirib: “Məcbur qalaraq məhkəməyə müraciət etdim. Nizami Rayon Məhkəməsində işimə 6 ay baxıldıqdan sonra bu ilin 24 iyununda xeyrimə qətnamə çıxarıldı. Lakin qarşı tərəf apellyasiya şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsində 3 ay müddətində işə baxıldıqdan sonra 18 noyabr tarixində mənim xeyrimə (əvvəlki işə və həmin vəzifəyə bərpa olunma ilə bağlı) qətnamə çıxarıldı. Lakin hələ də işimə bərpa olunmamışam. Artıq 10 aydır ki, ağır sosial durumla üz-üzə qalmışam. Xəstə övladımı müalicə etdirə, uşaqlarımı dolandıra bilmirəm. Banklara olan kreditləri ödəyə bilmirəm. Bu, Azərbaycan aliminə qarşı böyük haqsızlıqdır”. Məsələ ilə bağlı SOCAR-a sorğu ünvanlamışıq. ![]() Geri qayıt |