Əsas Səhifə > Manşet / Cəmiyyət > "3-cü aydır ki, hələ də əmək haqqımız verilmir..."

"3-cü aydır ki, hələ də əmək haqqımız verilmir..."


22-12-2025, 11:23

"Niyə #NobelOilLtd.( 73.77% ) ?❓İşçiləriniz deyir ki, artıq il sona çatır, tezliklə Yeni il bayramıdır, ancaq 3-cü aydır ki, hələ də əmək haqqımız verilmir. Artıq uzun müddətdir ki bu hal davam edir, ancaq nədənsə müvafiq bir qurumun insafı, cəsarəti çatıb araşdırma aparmir ki, bizim günahımız nədir?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
O daha sonra bildirir: "Bu halda, ölkə qanunvericiliyini dəfələrlə pozan SOCAR AQŞ rəhbəri cənab Samir Mollayev niyə cəzasız qalıb? Səbəbi nədir? Zəif idarəetmə, yoxsa...
Azərbaycan Respublikası Əmək Məcəlləsi, Maddə 15. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan Dövlət Əmək Müfəttişliyi Xidmətidir!
✅Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172. 5-ci maddəsi: Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə onun əmək haqqnln azı bir faizi məbləğində ödənc verilməlidir.
✅Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.1-ci maddəsi: İşəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
✅ARƏM maddə 310. -da yazılıb ki, rəhbər işçilər , bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar..."
Qeyd edək ki, SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Tərəflər və iştirak payları belədir: SOCAR-13.38% , ✅#NobelOilLtd., - 73.77% , Abşeron Qazma MMC -12.85%...

Geri qayıt