|

Ağsu rayonu, Pirhəsənli kənd sakini, 63 yaşlı Xasayev Samir Alxan oğlu 10 ildən çoxdur ağır şəkər, hipertoniya, Parkinson xəstəsdir, yeriyə, danışa bilmir. İl yarım qabaq həkim sayğısızlığından, baxımsızlıqdan komaya düşəndə xəstənin ailə üzvlərinə TƏBİB-dən zəng edib, Ağsu RMX və Şamaxı RMX-ya tapşırıq verildiyini deyiblər. Ağsu ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) vermək üçün sənədləri Şamaxı Həkim
Məsləhət Komissiyasına (HMK) göndərsə də, Şamaxı HMK komada olan xəstəni yerində yoxlamadan imtina edib. Xərəkdə Şamaxıya aparılan xəstəni orda müayinə etməyə, hətta maşından düşməyə belə İslam adlı “məsləhətçi qəssab” (beləsinə həkim demək haramdır) imkan verməyib. Beləcə 1 ildən çoxdur, xəstə ölüm-dirim savaşında, Ağsu və Şamaxı RMX özbaşına kef-damaqda. Və...
27.09.2025-ci ildə xəstənin durumu elə kritik həddə çatır ki, yenidən komaya düşür. 3 aydır tələb olunsa da, yenə də sənədləri DTSERA-ya göndərilməyib. Həkim sayğısızlığından , baxımsızlığından xəstə artıq beyin iflici keçirib, anlaqsız durumdadır. Amma Şamaxı HMK yenə də özbaşınalığından əl çəkmir. Ağsu RMX bütün məlumatları sistemə vursa da, Şamaxı HMK xəstənin videogörüntülərini tələb edib (?) Xəstənin oğlu videogörüntünü göndərəndə isə , 3 dəqiqənin uzun olduğunuTƏBİB-in Şamaxı və Ağsu həkim komissiyası iflic xəstəyə qarş, bir dəqiqəlik görüntü tələb edilib. (?) Özbaşınalığa baxın, vəzifələrini icra edib, xəstəni 30 kilometrlik məsafədə gəlib yoluxmurlar, 3 dəqidəlik görüntünün uzun olduğunu bəhanə edirlər. Belə həkim xidməti, məsləhət xidməti olar?

Prezidentə, 1-ci vitse-prezidentə, ali dövlət hakimiyyəti, hüquq mühafizə orqanlarına, ombudsmana, tibbi qurumlara müraciət edən xəstənin doğmaları Şamaxı HMK-nın özbaşınalığına qiymət veriləcəyinə ümidlidirlər.
19.12.2025-ci ildə Ağsu RMX xəstənin sənədlərini Şamaxıya göndərib. Şamaxı komissiyası DTSERA-ya əlilliyin qiymətləndirilməsinə forma-88 göndərməkdən imtina edib ki, Ağsu RMX xəstənin videogörüntülərini əlavə etməyib. Belə çıxır, Ağsu və Şamaxı “məsləhətçi qəssabları” (belələrinə həkim demək olarmı?) xəstənin həyatını bürokratik dələduzluqlarına qurban verir. Hüquq mühafizə orqanlarının təcili müdaxiləsinə ehtiyac yaranır. Əlillik sənədlərinin DTSERA- ya göndərilməsi prosesində ciddi korrupsiya faktları mövcuddur.
gundemxeber.com
Geri qayıt
|