Əsas Səhifə > Manşet / Siyasət > Hər addımları YALANDIR...

Hər addımları YALANDIR...


22-12-2025, 10:29

" "Expargo" karqo şirkəti ilə bağlı şikayətim var..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Aynur Həsənli adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "Türkiyədən sifariş etdiyim məhsullar dekabrın 4-ü və 11-dən bəri transfer mərkəzində, “çeşidlənmədə” statusunda qalıb. Dəfələrlə müraciət etməyimə baxmayaraq, məni yalnız Trendyol asistana yönləndirirlər. Onlar isə bağlamanın Bakıda olduğunu və sizə çatdırılacağını bildirir. Karqo şirkəti isə məlumatlı olmadığını bildirir.
Bundan əlavə, ABŞ ünvanıma çatdırılan bağlama ümumiyyətlə sistemə daxil edilməyib. Heç bir dəqiq məlumat verilmir..."

Geri qayıt