Əsas Səhifə > Manşet / Güney Press / Araşdırma > "Mən "bomj" deyiləm, mən SOCAR əməkdaşıyam..."
"Mən "bomj" deyiləm, mən SOCAR əməkdaşıyam..."20-12-2025, 12:40 |
|
"Neftçilərin iş yerinə aparıb gətirən başqa nəqliyyat vasitələrinə də (hər biri üçün əlahiddə)təqdim etmək üçün 10 günlük təlim keçirilib sertifikat verilsin. Məsələn:"havada insan həyatının mühafizəsi," "Avtobusda insan həyatının mühafizəsi" və s.
Böyük rəislər də mütləq bu təlimlərə cəlb olunmalıdır. Mütləq
"Bildiyimiz kimi yeni qaydalara əsasən dəniz obyektlərində çalışan neft qaz sənayesi işçilərinin işə gedərkən gəmi nəqliyyatına daxil olmaları üçün tibbi arayiş və
Hesab edirəm ki yuxarıda qeyd etdiyim məsələ- çox radikal və kobud üsul kimi qiymətləndirilməlidir. Tibbi müayinədən keçmək barədə düşünürəm işçilərdə problem olmamalıdır çünki pulsuz olaraq növbəli şəkildə işçilərə o şərait yaradılır. Amma bu sertifikat məsələsində isə , - bu halda əvvəlcə sertifikatı olmayan işçinin izahatı alınmalıdır - nəyə görə işçi həmin sertifikatı almaqdan ötrü təlim kurslarında iştirak etməyib? Həə, burada illərlə üstü basdırılan böyük bir problem ortaya çıxır. Belə ki, dəniz obyektlərində növbəli şəkildə çalışan işçilər öz iş yerlərində qalacaq yerlə təmin olunurlar. Yuxarıda qeyd olunan kurslar isə işçilərin iş yeri ərazisində deyil, birbaşa iş yerindən 220-300 km aralıda, sahildə yerləşir. Demək ki, məsələn elə biri mən, bu kurslarda iştirak etmək üçün ya hər gün rayondan gedib gəlməliyəm, ya da qohum - əqrəba evində qalmalıyam (niyə?). Normal təşkilatlarda belə hallarda yəni həmin TTM-dən 220-300 km aralıda yaşayanlara ya ezamiyyət pulu verilməlidir ki, işçilər getsinlər oteldə qalsınlar, yaxud da ki, həmin TTM-in özunə aid
Bu problem dəfələrlə dəfələrlə qaldırılıb. Amm çox təəssüf ki Azneft İB də bu problemin həll olunmasında çarəsiz qaıb.
Əmək məcəlləsində edilən son əlavələr ümüd verir ki, gələcəkdə bu məsələnin də tənzimlənməsində müsbət nəticələr əldə oluna bilər.
Qeyd etmək istəyirəm ki, mən "bomj" deyiləm, mən SOCAR əməkdaşıyam. O SOCAR ki, dünyada öz sözünü deyir və faktiki olaraq heç bir qurum ona gözün üstə qaşın var deməyi belə ağlından keçirmir. Belə bir şirkətin işçisi nəyə görə təlim kurslarında gecələməyə özünə yer axtarmalıdır? Sertifikat tələb etməzdən əvvəl bu sertifikatin alinması üçün işçiyə şərait yaratmaq lazımdır. Yoxsa "onsuz da həmin maaş verilir daa" deyib işçiyə minnət qoymaq lazım deyil, təlim kurslarında iştirak zamanı orta aylıq əmək haqqının saxlanmasını qanun tələb edir.
Niyə??
Ümumiyyətlə dənizdə işləyən işçilərin tibbi müayinədən keçib-keçməməsinin, sertifikatının olub-olmamasının
Demək ki, AZAL da sabahdan sərnişinlərdən həmin sertifikatı tələb etməlidir ki, təyyarə dənizin üzərindən uçur? Bu nə absurd, bu nə məntiqsiz tələblərdir axı?!
Dövlət Əmək Müfəttişliyi Xidməti buyurun tədbir görün xahiş edirəm!
Sual;
Sərnişin qismində dəniz özüllərinə gəmi vasitəsilə işə gedən neftçilərdən onlara deyil, gəmidə çalışan işçilərə aid,olan sertifikatın tələb olunmasında məqsəd nədir? Bundan kim bəhrələnir,kim uduzur?.."
Geri qayıt |