Əsas Səhifə > Manşet / Siyasət > "Bir işçi iki-üç işçinin əvəzinə işlədilir..."
"Bir işçi iki-üç işçinin əvəzinə işlədilir..."20-12-2025, 11:28 |
|
"Siyəzənneft" NQÇİ-nin işçisi Əliyev Zamiq Qüdrət oğlu tərəfindən Siyəzənnfet NQÇİ nin rəhbərliyinə müraciət ünvanlanıb. "DİA-AZ" həmin müraciəti təqdim edir: "Məlumat üçün bildirim ki, rəhbərlik etdiyiniz Siyəzənneft NQÇİ -nin sahələrində mövcud olan kəskin işçi çatışmazlığının pik həddə çatması nəticəsində əmək prosesinin normal təşkili mümkünsüz hala gəlmiş, işçilərin üzərinə normativlərə uyğun olmayan əlavə iş yükü qoyulur ki bu da motivasiyanın düşməsinə və işçidə psixoemosional gərginliyin artmasına səbəb olur. Bu hal həm istehsalatın davamlılığına, həm də işçilərin həyat və sağlamlığına real təhlükə yaratmaqdadır. Çünkü bir işçi iki-üç işçinin əvəzinə işləyir... Qeyd edilən vəziyyət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu (əmək hüquqlarının təminatı), 12-ci (işəgötürənin əsas vəzifələri) maddələrinin, eləcə də “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə açıq şəkildə ziddir. Bununla bağlı mövcud problemlərin aradan qaldırılması üçün heç bir real tədbir görülməməsi, işçi təminatının təşkil edilməməsi və risklərin bilərəkdən gözardı edilməsi faktiki olaraq vəzifə borclarının icra edilməməsi deməkdir. Bu cür davranış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsində (səhlənkarlıq) və 308-ci maddəsində (vəzifə səlahiyyətlərindən sui-istifadə) nəzərdə tutulan hüquqi məsuliyyətin yaranmasına əsas verir. Mövcud vəziyyətin bu şəkildə davam etməsi istehsalatda ağır qəza riskinin artmasına səbəb ola bilər Qeyd edim ki idarə rəisinin əsas vəzifələri arasında istaehasalatın fasiləsiz və təhlükəsiz təşkili,kadır təminatının vaxtında düzgün aparılması,qanunvericiliyin tələblərinə riayət olunması mühüm yer tutur. Geri qayıt |