Əsas Səhifə > Manşet / Gündəm > Kənd, yoxsa Kartric Təsərrüfatı Nazirliyi?
Kənd, yoxsa Kartric Təsərrüfatı Nazirliyi?20-12-2025, 09:46 |
|
Kənd Təsərrüfatı Nazirliyinin son bir neçə ilin tenderlərinə ardıcıl baxanda kağız üzərində kənd təsərrüfatı qurumu, faktiki xərclərdə isə tam başqa bir profil görünür. Rəqəmlər və qalib şirkətlərin adları yan-yana gələndə prioritetlərin hansı istiqamətə doğru “sürüşdüyü” özünü çox açıq hiss etdirir. Açıq tender məlumatlarında qeyd olunan rəqəmlər göstərir ki, yüz minlərlə manat məbləğində vəsait kağız, kartric, kompüter, “proqram təminatı” və onların “xidmət”inə xərclənir. Bu da sual doğurur: fermer üçün nəzərdə tutulan büdcə hansı həcmdə real sahəyə çatır, nə qədəri isə ofis xərclərinin içində “əriyir”?
Araşdırmaya əsaslanan faktlar göstərir ki, eyni istiqamətlər üzrə təkrarlanan və bir-birini tamamlayan müqavilələr var. Yalnız rəqəmlərə baxanda belə mənzərə formalaşır: – “Yeni kartriclərin alımı və doldurulması” üzrə müqavilə Cavid Dünyamalı oğlu Ağababayev adına bağlanan satınalma – 37.252 AZN. – Bir neçə ay sonra yenidən kartric və texniki xidmət Eyni fiziki şəxsə və ya onun çevrəsinə aid subyektə – təxminən 20.000–30.000 AZN aralığında əlavə müqavilə. – Dəftərxana və təsərrüfat malları üzrə iri məbləğ “PAPİRUS 999” MMC – 43.417,01 AZN məbləğində dəftərxana və təsərrüfat mallarının alışı. – Eyni profildə təkrar alınmalar Eyni il ərzində yenidən dəftərxana və təsərrüfat malları üzrə – “PAPİRUS 999” MMC və ya ona yaxın profilli başqa MMC-lərdən – on minlərlə AZN həcmində əlavə satınalmalar. – İT avadanlıqları və proqram təminatı Müxtəlif MMC-lərlə bağlanan müqavilələr – hər biri 50.000–150.000 AZN aralığında. – Avadanlıq üçün sonradan “xidmət” və “bərpa” paketləri Eyni avadanlıqların “köçürülməsi”, “bərpası”, “texniki xidmət göstərilməsi” adı altında ayrıca tenderlər – yenə eyni və ya eyni çevrəyə aid şirkətlərə yönləndirilən müqavilələr.
Təkrarlanan alımlar: ehtiyac, yoxsa mexanizm? Katric və dəftərxana xərcləri istənilən dövlət qurumu üçün adi görünə bilər, amma burada iki məqam diqqət çəkir: 1. Eyni istiqamət üzrə qısa intervalda təkrar tenderlər Bir dəfə 37 mindən çox, ardınca yenə 20–30 min AZN-lik kartric və xidmət alışı – nazirliyin real istehlak həcmini, inventar uçotunu və planlaşdırmanı şübhə altına salır. 2. Eyni və ya yaxın çevrəyə aid şirkətlərin dövriyyəsi Həm kartric, həm də dəftərxana xərclərində eyni adların və ya oxşar profilli MMC-lərin yenidən ortaya çıxması bu xəttin müəyyən qruplar üçün “sabit gəlir mənbəyi” ola bilməsi ehtimalını gücləndirir.
İT xərcləri: texnoloji modernləşmə, yoxsa büdcə üçün komfort zona? Nazirlik və tabeliyindəki strukturların “İT avadanlıqları və proqram təminatı” üzrə tenderləri də az məbləğlərlə ölçülmür: – Hər biri 50.000–150.000 AZN aralığında müqavilələr, Bu sxem iki istiqamətdə sual doğurur: – Əgər alınan avadanlıq keyfiyyətlidirsə, qısa müddətdə niyə yenidən “bərpa və xidmət” üçün əlavə tenderə ehtiyac yaranır? İT layihələrinin detalları ictimaiyyət üçün açıq olmayan halda, bu xərclərin sahəyə real təsirini ölçmək faktiki olaraq mümkün deyil. Fermerin reallığı ilə rəqəmlərin toqquşduğu yer Bu mənzərədə ən çox gözə dəyən məqam isə budur: adətən, bu cür intensiv İT xərcləri, VPN, domen, lisenziya “yağışı” rəqəmsal transformasiya ilə məşğul olan nazirliklər üçün xarakterik sayıla bilərdi, amma söhbət kənd təsərrüfatından gedir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu qədər tez-tez texniki vasitə almır, bu qədər VPN, domen, lisenziya, server xidməti müqaviləsi bağlamır, nəinki kənd təsərrüfatına cavabdeh qurum.
Bu xərcləri kənd yerlərindəki real vəziyyətlə yanaşı qoyanda ziddiyyət daha kəskin görünür: – Fermer suvarma suyuna, toxuma, gübrəyə çıxışda çətinlik çəkir; Sual isə açıq qalır: Bu struktur fermerin problemini çözür, yoxsa sadəcə nazirlik aparatının komfort şəraitini təmin edir? Şəffaflıq və cavabdehlik zərurəti Bu tip satınalmalar qanuni prosedurlara uyğun rəsmiləşdirilsə belə, ictimai nəzarət və şəffaflıq tələbi yerində qalır. Araşdırma göstərir ki: – Eyni istiqamətlərdə təkrarlanan müqavilələr; Bu fonda atılmalı addımlar aydındır: 1. Hər bir tender üzrə əsaslandırma və nəticə hesabatlarının ictimaiyyətə açıqlanması; Qeyd olunanlardan yola çıxaraq sözügedən nazirlikdə ciddi yoxlamaların aparılmasına ehtiyac duyulduğu barizdir. Elə məşhur “Yoxlama” filmində deyildiyi kimi, ilkin baxışda, bəlkə, hər tender “ayrı-ayrılıqda başa düşüləndir”, ancaq “bütövlükdə yox”. Çünki eyni şirkətin bir ildə bir neçə dəfə qalib gəlməsi, eyni tip texniki vasitələrin ilboyu dövr edən müqavilələrdə təkrar-təkrar alınması, kənd təsərrüfatının özəyindən daha çox ofis və İT xərclərinin ön plana çıxması çox şey demədən də kifayət qədər şey hiss etdirir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Camal Cavanşir - yenicag.az Geri qayıt |