Əsas Səhifə > Manşet / Güney Press > BACARDILAR: SOCAR artıq hasilat şirkəti deyil...

BACARDILAR: SOCAR artıq hasilat şirkəti deyil...


17-12-2025, 14:14

"SOCAR-ın maliyyə hesabatındakı rəqəmlərə baxanda onun artıq hasilat şirkətindən daha çox bir treyder şirkəti olduğu görünür..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında iqtisadçı-ekspert Rövşəan Ağayev qeyd edib.
O daha sonra bunları əlavə edib: "Satış dövriyyəsinin 70%-dən bir qədər çoxu neft-qaz ticarətinin payına düşür. 2024-cü ildə 84,7 mlrd. manatlıq ümumi satış dövriyyəsinin 59,7 mlrd. manatı ticarət seqmentində formalaşıb.
Özünün əsas profili olan hasilat və emaldakı dövriyyəsu 18,6 mlrd. manat olub.
Treyder kimi satış dövriyyəsinin təxminən 85%-i (50,3 mlrd. manat) İsveçrədə, 14%-i (8,4 mlrd. manat) Birləşmiş Ərəb Əmirliyində formalaşır.
Ümumilikdə bütün dövriyyənin cəmi 9,5%-i (8,1 mlrd. manat) Azərbaycanın daxilində yaranır.
Belə şəraitdə SOCAR-ın maliyyə hesabatında açıqlanması vacib olan bir məlumat var ki, onu açıqlamır: şirkətin əldə etdiyi xalis mənfəətin ölkələr üzrə bölgüsü. Əgər ümumi satış dövriyyəsinin həcmi, uzunmüddətli aktivlərin dəyəri ölkələr üzrə açıqlanırsa, əldə olunan xalis mənfəət niyə eyni qaydada açıqlanmamalıdır? Hansı ölkədə mənfəət və ya zərərlə işlədiyi bilinməlidir..."

Geri qayıt