Əsas Səhifə > Manşet / Cəmiyyət > "Samir Mollayev niyə cəzasız qalıb..?"

"Samir Mollayev niyə cəzasız qalıb..?"


17-12-2025, 12:07

"Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 15.-də deyilir: Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan Dövlət Əmək Müfəttişliyi Xidmətidir!" "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı daha sonra bunları qeyd edir:
"✅Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172. 5-ci maddəsi: Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə onun əmək haqqnln azı bir faizi məbləğində ödənc verilməlidir.
✅Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.1-ci maddəsi: İşəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
✅ARƏM maddə 310. -da yazılıb ki, rəhbər işçilər , bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Bəs ölkə qanunvericiliyini dəfələrlə pozan SOCAR AQŞ rəhbəri cənab Samir Mollayev niyə cəzasız qalıb.✅ Benrfisiar sahibi toxunulmazdır??
-İşçi bildirir ki, artıq üçuncü aydır ki, SOCAR AQŞ hələ də onların əmək haqlarını ödəməyib. .Ümidümüz bu ayın sonuna idi indi də deyirlər bilmirik bayrama qədər əmək haqqınızın bir ayını verə biləcəyik ya yox! İşimizi yerinə yetiririk,bir saat da olsun iş dayanmır. Amma əmək haqqı aylarla gecikir.Axı bizim də ailəmiz,övladlarımız,yaşlı valideyinlərimiz var. Vəziyyəti onlara necə izah edək? Mühasibatlığa zəng edirik heç telefonu götürmürlər .Vəzifəli şəxslərə yaxınlaşmağa ,əmək haqqını niyə vermədiklərini soruşmağa da qorxuruq.İşdən azad olunma qorxusu ilə!
Artıq uzun müddətdir ki bu hal davam edir,ancaq nədənsə müvafiq bir qurumun insafı,cəsarəti çatıb araşdırma aparmir ki, bizim günahımız nə?
SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib.
Tərəflər və iştirak payları :SOCAR-13.38% , ✅ #NobelOilLtd., - 73.77% , Abşeron Qazma MMC -12.85%.."

Geri qayıt