Əsas Səhifə > Manşet / Hadisə > “Birmarket”in MİN OYUNU...
“Birmarket”in MİN OYUNU...17-12-2025, 10:31 |
|
"Mən "Birmarket" şəbəkəsindən kofe maşını almışdım. Texnika nasaz çıxdı və müraciətdən sonra servisə götürüldü. Faktiki olaraq cihaz servisdə 49 gün saxlanıldı ki, bu da məqbul və qanunla nəzərdə tutulan müddətləri xeyli aşır. Uzun müddət gözlədikdən sonra mənə bildirildi ki, guya texnika tam işlək vəziyyətdədir və servis aktı təqdim olundu. Vacib məqam ondan ibarətdir ki, mənim şəxsən gördüyüm ilkin akt 5 dekabr 2025-ci il tarixli idi, lakin təəssüf ki, onu üzərimdə götürmədim. Bir neçə həftə sonra isə iş yerimin ünvanına başqa bir akt göndərildi və həmin sənəddə tarix artıq 15 noyabr 2025-ci il kimi göstərilmiş, texnikanın guya qanunla müəyyən edilmiş müddətdə saz vəziyyətdə olduğu qeyd olunmuşdu. Beləliklə, texnikanın servisdə faktiki saxlanma müddəti ilə sonradan təqdim edilən sənəddə göstərilən tarixlər bir-birinə uyğun gəlmir. Mən bu cür yanaşmanı yolverilməz və istehlakçıları çaşdıran hesab edirəm. Bu müddət ərzində "Birmarket" ilə dəfələrlə telefon əlaqəsi saxlamışam və bütün müraciətlərim, operatorlarla danışıqlarım yoxlanıla bilər. Əgər şirkət öz mövqeyində haqlı olduğunu düşünürsə, rəhbərlik zəng qeydlərini və şikayətlərimin tarixçəsini araşdıra bilər. Mən artıq istehlakçı hüquqlarının müdafiəsi üzrə müvafiq qurumlara müraciət etmişəm və rəsmi araşdırmanın nəticəsini gözləyirəm. Bunu emosiyalarla deyil, digər alıcıları xəbərdar etmək məqsədilə paylaşıram: elektronika alarkən bütün sənədləri saxlayın, tarixləri dəqiq qeyd edin, aktların surətlərini mütləq götürün və şifahi vədlərlə kifayətlənməyin. Eyni zamanda, xahiş edirəm, əgər kimsənin istehlakçı hüquqlarının müdafiəsi yolu ilə pulu geri almaq və ya məhsulu dəyişmək barədə real təcrübəsi varsa, satıcı ilə mənasız mübahisələrə girmədən, onların qaydaları ilə “oynamadan” haqqına necə nail olmaq barədə məsləhətlərini bölüşsün. Məqsədim məsələni qanuni və düzgün yolla, ədalətli şəkildə həll etməkdir..." Geri qayıt |